AVTO

Bakıya ən az yanacaq işlədən “Cip” gətiriləcək
08 İYUN
2130

Bakıya ən az yanacaq işlədən “Cip” gətiriləcək

2016-06-08 12:08:00

Bakıya ən az yanacaq işlədən “Cip”lərin satışına başlanılır. Söhbət  Çinin yeni avtomobili  olan “GAC GS4” avtomobilindən gedir.Bu avtomobillərin Azərbaycanda rəsmi idxalçısı “Sirena Motors” şirkətindən fins.az-a verilən məlumata görə,“GAC” markasının “GS4” modelinin əvvəlki versiyaları Amerika və Çin bazarında satılıb. Avtomobilin 2016-cı il modeli isə avqust ayında Bakıda satışa çıxarılacaq. Mini krossover ölçülərinin kiçik olması və az yanacaq sərfiyyatı ilə seçilir. 

Eləcə də bax: Azərbaycanda satılan ən ucuz – 10 AVTOMOBİL - SİYAHI

Cəmi  6,3 litr yanacaq işlədir 

Belə ki, 1,3 litr turbo mühərrikli  mini “Cip” şəhər içi yollarda cəmi 6,3 litr yanacaq işlədir. Şirkətdən bildirilib ki, dünyada istehsal edilən krossoverlər arasında 100 kilometr məsafəyə bu qədər yanacaq işlədən model yoxdur. İndiyə kimi yanlız “Changan CS 5” modeli az yanacaq sərfi ilə seçilirdi. Onun isə yanacaq sərfi 8,8 litr təşkil edirdi. “GAC GS4” modelinin maksimal sürəti saatda 220 km-dir. 130 at gücündə benzin mühərrikli avtomobilin Bakıya yalnız avtomat sürət qutulu versiyası gətiriləcək. Ölçülərinə gəlincə, avtomobilin yerdən hündürlüyü 167 sm, eni  185 sm, uzunluğu isə 451 sm-dir. 

Eləcə də bax: Ən çox yanacaq işlədən avtomobillər – SİYAHI

Təkər balansını ekranda görmək olacaq 

Şirkətdən verilən məlumata görə, mini krossoverin Çin avtomobillləri arasında ilk dəfə tətbiq edilən yeniliyi də var.Belə ki, ilk dəfə olaraq bu modeldə  təkərlərin balansı avtomobilin monitorunda göstəriləcək.Sistem təkərlərdə hər hansı bir nasazlıq qeydə alarsa, dərhal ekranda işıq yanıb-sönməyə başlayır və sürücünü bununla bağlı xəbərdar edir.

Eləcə də bax: Bakıda ən ucuz elektromobilin satışına başlanıb - FOTOLAR

Avtomobil Bakıda 24 min manata satılacaq 

Şirkətdən bildirilib ki, satışına aprel ayının sonlarından başlanacaq   “GAC GS4” avtomobilindən əvvəlcə 15-20 ədəd gətirilməsi planlaşdırılır. Avtomobilin qiyməti isə opsiyalardan və təhcizatdan aslı olaraq maksimum 24 min manat olacağı gözlənilir.

Eləcə də bax: Azərbaycanda ən az yanacaq işlədən - 5 AVTOMOBİL

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275