AVTO

Bakıda bahalı “Mercedes”ləri yığmağa başlayırlar – YENİLİK
06 İYUN
2847

Bakıda bahalı “Mercedes”ləri yığmağa başlayırlar – YENİLİK

2016-06-06 11:17:00

Bakıda çox yanacaq işlətdiyi üçün imtina edilən iri mühərrikli avtomobillərə müştəri tapılıb. Belə ki, ötən ildən etibarən satılmadığı üçün bazarlarda qalan və qiyməti xeyli aşağı düşən iri mühərrikli maşınlar Almaniyaya daşınacaq. Fins.az-ın məlumatına görə, “VIP ESCORT MOTORS” avtomobil şirkəti  iri mühərrikli ikinci əl “Mercedes”lərin alışına başlayır. 

Eləcə də bax: Satılmayan maşınları xaricə aparırlar - 2 QAT QİYMƏTƏ

Şirkətin rəhbəri Rəşad Quliyev fins.az-a bildirib ki, hazırda bu avtomobillərin alışını həyata keçirəcək firma ilə bağlı sənədləşmə işləri aparılır. İyul ayından etibarən 2010-2015-ci il istehsal tarixli  5.0-6.3 litr mühərrikli “Mercedes ML”, “Mercedes GL”, “Galendevagen”, “Mercedes SLS” və digər modellərin alışına başlanacaq. 

Eləcə də bax: Bahalı maşınları satmaq üçün – YENİ ÜSUL TAPILDI

R.Quliyev bildirib ki, avtomobilllərin qəbulu üçün əsas şərt onun texniki passportunda qeyd edilən şassi nömrəsidir: “Belə ki, şassi nömrəsinin ilk 10 rəqəmi avtomobilin kefiyyətinin göstəricisidir. Bu nömrə əvvəlcə yoxlanılır.

Eləcə də bax: Ən çox yanacaq işlədən avtomobillər – SİYAHI

Kefiyyət uyğun gəlirsə, avtomobil hazırkı bazar qiymətinə uyğun olaraq dəyərləndirilir və alınır”. R.Quliyev bildirib ki, hələlik yalnız iri mühərrikli  “Mercedes” modelləri alınacaq. Sonrakı mərhələdə digər iri mühərrikli avtomobillərin də alışı həyata keçirilə bilər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272