AVTO

Formula 1 haqda maraqlı faktlar
03 İYUN
357

Formula 1 haqda maraqlı faktlar

2016-06-03 13:00:00

Formula 1 yarışlarında istifadə olunan bolidlər adi avtomobillərdən çox fərqlənir. Aşağıdakı maraqlı faktları nəzərdən keçirərək, iki versiya arasındakı fərqi görə bilərsiniz.

• F1 avtomobilini yığmaq üçün, təxminən, 80,000 hissədən istifadə olunur. Avtomobillər 100% dəqiqliklə yığılmalıdır. Əgər 0,01% qeyri-dəqiqlik varsa, yarış ərzində 80 hissə xətalı şəkildə çalışacaq.

• Formula 1 bolidlərinin mühərriklərinin ömrü tam gücü ilə çalışdıqda cəmi 2 saat təşkil edir. Bunu normal avtomobil mühərrikinin orta 20 illik ömrü ilə müqayisə etsək, çox böyük fərqi görmək mümkündür.

• Formula 1 sürücüsü əyləci sıxan zaman o qədər güclü təzyiq yaranır ki, bu normal avtomobilin 300 km/saat sürətlə divara çırpılması ilə müqayisə edilə bilər.

• Formula 1 avtomobilinin mühərrikinin oxu dəqiqədə 18000 dəfə fırlanır. Bu da o deməkdir ki, porşen saniyədə 300 dəfə aşağı-yuxarı hərəkət edir. Normal avtomobilin mühərriki dəqiqədə maksimum 6000 dəfə fırlanır.

• Formula 1 avtomobilinin tormoz diskləri, Selsi şkalası üzrə, təxminən 1000 dərəcə istiliyə qarşı dözümlüdür. Onlar karbon fibra materialından hazırlanıb və poladdan da dözümlüdür.

• Avtomobili tənzimləyən və nəzarətdə saxlayan 100 sensor və elektron cihazları birləşdirmək üçün cəmi uzunluğu 1 kilometri aşan kabeldən istifadə olunur.

• Avtomobil cəmi 4 saniyə ərzində 0-dan160 km-ə qədər sürət yığa bilir və əksinə sürəti160 km-dən 0 kilometrə azalda bilir.

• Formula1 bolidinin kütləsi təxminən 550 kq-dır.

• Mühərrikin dişləri yüksək dərəcəli temperaturdan formasını itirir və bu səbəbdən hər yarışmadan sonra dəyişilir.

• Mühərrikin qolları çarxın arxasında, muftanın qolları isə mühərrikin avarlarının altında yerləşir.

• Əksər yarış avtomobillərinin təkərləri nitrogenlə doldurulur. Normal hava ilə müqayisədə nitrogenin hava təzyiqinə dözümü daha yüksəkdir.

• Əgər normal avtomobil təkərləri 60.000 - 100 000 km ömrə malikdirsə, yarış avtomobillərinin təkərləri hər 90-120 km məsafədən sonra dəyişdirilir.

• Təkərlər yarış zamanı sürtülmədən kütləsini itirir. Orta hesabla F1 təkərləri hər 100 km məsafəyə 0.5 kq çəki itirirlər.

• Pit stop zamanı bolidin yanacaq çəninə 1 saniyədə 12 litr yanacaq doldurulur.

• Formula 1 texniki heyəti cəmi 3 saniyə ərzində təkərləri dəyişə və yanacaq çənini tam doldura bilir.

Mənbə: Qafqazinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270