AVTO

«Qiymətləri endirməli olacağıq» - «TOYOTA BAKI MƏRKƏZİ»DƏN AÇIQLAMA
01 İYUN
1112

«Qiymətləri endirməli olacağıq» - «TOYOTA BAKI MƏRKƏZİ»DƏN AÇIQLAMA

2016-06-01 10:36:00

“Toyota” avtomobillərinin alternativ satışının həyata keçirilməsindən “Toyota Bakı Mərkəzi”ndə narahat deyillər.Qeyd edək ki, iyul ayından etibarən “Toyota” modellərinin satışını həm də Yaponiya avtomobillərinin Azərbaycana rəsmi idxalçısı “Group Motors” şirkəti həyata keçirəcək. 

Eləcə də bax: Azərbaycanda “Toyota” biznesi 2 yerə bölünür

Bu isə bazarda yeni “oyunçu” deməkdir. Hazırda avtomobil satışlarının ölkədə xeyli azaldığını nəzərə alsaq rəqibin ortaya çıxması “Toyota Bakı Mərkəzi”nin satışlarına da mənfi təsir göstərə bilər.

Məsələ ilə bağlı “Toyota Bakı Mərkəzi”ndən fins.az-a bildirilib ki, bazarda daha bir satıcının olması rəqabət mühiti formalaşdıracaq.Bu isə istənilən halda müştərilərin xeyrinədir.Şirkətin PR mütəxəssisi Eldəniz Cəfərov fins.az-a bildirib ki, hələlik “Group Motors” bu markanın satışına başlamadığı üçün dəqiq nəsə demək mümkün deyil: «Amma rəqabətin olması ümumilikdə qiymətlərin ucuzlaşmasına və xidmətlərin kefiyyətinin daha da artmasına təsir edəcək. Xidmətin kefiyyəti dedikdə, söhbət servisdən gedir. Məsələn, mühərrik yağı dəyişdirilirsə, yağ filtiri hədiyyə edilə bilər və yaxud başqa endirimlər ola bilər. Müştəriyə gözləmə müddətində çay təklif edilə bilər».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275