AVTO

Azərbaycanda “Toyota” biznesi 2 yerə bölünür
31 MAY
941

Azərbaycanda “Toyota” biznesi 2 yerə bölünür

2016-05-31 16:53:00

İyun ayının sonundan etibarən Azərbaycanda “Toyota” avtomobillərinin satışını daha bir şirkət həyata keçirəcək. Söhbət “Mitsubishi”, “Mazda”, “Subaru” və “Honda” avtomobillərinin Azərbaycana rəsmi idxalçısı olan “Group Motors” şirkətindən gedir. Şirkətdən fins.az-a verilən məlumata görə, Yaponiya şirkətinin Qafqaz regionu üzrə nümayəndəsi “Toyota Caucasus” şirkətindən bununla bağlı xüsusi lisenziya alınıb.

Eləcə də bax: «Toyota»lar Bakıda niyə bahadır? – QİYMƏTLƏR

“Group Motors” yapon avtomobilləri satdığı üçün “Toyota” markasının da satışı ilə məşğul olmağa qərar verib. Şirkətdən bildirilib ki, iyun ayının 24-də “Toyota” modellərinin satışına başlanması ilə bağlı təqdimat olacaq. Bunun üçün “Honda” və “Mitsubishi” salonları birləşdirilir. Həmin salonlardan biri “Toyota” modellərinin satışı üçün nəzərdə tutulub. Şirkətdən bildirilib ki, iyul ayının əvvəlindən 2016-ci il model “Corolla”, “Camry”, “Prado”, “Land Cruiser LC 200”, “Land Cruiser”, “Rav 4” və kiçik mikroavtobus “Hiace” modelləri satışa çıxarılacaq. Xatırladaq ki, indiyədək Azərbaycanda «Toyota» avtomobillərinin satışı ilə «Toyota Bakı Mərkəzi» şirkəti məşğul olurdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275