AVTO

«Toyota»lar Bakıda niyə bahadır? – QİYMƏTLƏR
31 MAY
2596

«Toyota»lar Bakıda niyə bahadır? – QİYMƏTLƏR

2016-05-31 12:50:00

Azərbaycanda yeni avtomobillərin qonşu ölkələrlə müqayisədə xeyli baha satıldığı haqqında məlumat vermişdik. Bundan əvvəl  yeni “Audi”, “Mercedes”, “BMW” avtomobillərinin Rusiya bazarındakı qiymətləri ilə müqayisə aparmışdıq. Fins.az növbəti dəfə Yaponiya brendi “Toyota”ların qiymətlərini araşdırıb. Məlum olub ki, “Toyota” modelləri  Azərbaycanda 6-30 min dollar baha satılır. 

Eləcə də bax: Xaricdə alınan maşınlara Azərbaycanda zəmanət verilirmi? – ARAŞDIRMA

Ən aşağı qiymət fərqi 5 min dollar

Ən aşağı qiymət fərqi 2016-cı il model “Corolla Elegance”  avtomobillərindədir. Bu maşınlar Azərbaycanda nəğd şəkildə 5 min dollar baha satılır. Məsələn, eyni modelin Rusiyadakı qiyməti 16 333 dollar olduğu halda, Azərbaycanda yeni “Corolla Elegance”  21 140 dollara təklif edilir. 

Eləcə də bax: “BMW”lər Bakıda niyə 2 qat baha satılır?- ARAŞDIRMA

“Prado”lar 15 min dollar bahadır

Azərbaycanda daha çox sevilən “Toyota”nın “Prado” modellərini Rusiyadan daha ucuz almaq olar. Belə ki, qiymət fərqi 15 min dollardır. Rusiyada  35 min dollarlıq 2.7 l mühərrikli “Prado”  Bakıda 50 min dollara satılır. 

Eləcə də bax: “KİA”lar Rusiyadakından nə qədər bahadır? - ARAŞDIRMA

“Camry Elegance +” - 17 min dollar fərq

Qiymət fərqi daha çox olan modellərdən biri də “Camry Elegance +”dur. Eyni təhcizatlı bu avtomobili qonşu ölkədən 17  min dollar daha ucuz almaq olar.  2.5 l mühərrikli dünyanın ən çox satılan maşınını Rusiyadan satınmaq daha sərfəlidir. Üstəlik qiymət fərqinə daha bir avtomobil də almaq olar. 

Eləcə də bax: Bakıda «Mercedes»lər niyə bahadır? – 70 MİN DOLLAR QİYMƏT FƏRQİ

48 min dollarlıq “Highlander” 67 min  dollara

İri mühərrikli  “Toyota”lar  digər modellərə nisbətən daha bahadır. Məsələn, 3.5 l mühərrikli yeni “Highlander”  Moskvada  48 600 dollara,  Bakıda isə 67 200 dollara satılır. 

Yeni təqdim edilən “Toyota Rav4” 11 400 dollar bahadır

Bahalığı ilə seçilən modellər arasında yenicə təqdimatı olan 2016-cı il istehsal tarixli “Toyota Rav4” də yer alıb. Avtomobilin “Prestige” versiyasını  Rusiyadan 11 400 dollar ucuz almaq olar.  

Ən baha satılan “Toyota”- 30 min dollar fərq

İri mühərrikli və böyük “Toyota” həvəskarları bildirək ki, ən böyük qiymət fərqi 4.6 l mühərrikli “Land Cruiser LC 200 Prestige” modelindədir. Bu maşın nə az, nə çox Azərbaycanda 30 min dollar baha təklif edilir. Daha dəqiq desək, Rusiyada  70 600 dollara satılan model Bakıda 100 600 dollara satılır. 

“Toyota Bakı Mərkəzi”: “Əlavə xərclərimiz var”

Belə ki, Azərbaycana gətirilən “Toyota” modelləri  birbaşa Yaponiyadan gətirilir. Bu isə əlavə gömrük və daşıma xərci deməkdir. Azərbaycandan fərqli olaraq Rusiya bazarında satışa çıxarılan modellər Rusiyanın özündə istehsal edilir. Əlavə xərclərin olmaması burada “Toyota”ların daha ucuz satılmasına səbəb olur. Bundan əlavə, “Toyota” şirkəti dillerlərə Rusiya bazarından  avtomobil gətirməyə icazə vermir. Bütün bunlar qiymətlərə təsir göstərir.    

“Toyota” Rusiyadan alınan avtomobillərə “qarantiya” vermir

Üstəlik, Rusiyadan alınan “Toyota”lara Azərbaycanda zəmanət də verilmir. “Toyota Bakı Mərkəzi”indən bildirib ki, Azərbaycanın  avtomobil bazarı “Toyota”nın Avropa standartlarına uyğundur. Ona görə, Avropa birliyi ölkələrindən, o cümlədən Türkiyə və Gürcüstandan alınan yeni “Toyota”lara zəmanət verilir. Və avtomobildə hər hansı bir problem yaranarsa, “qarantiya” əsasında təmir edilir. Şirkətdən o da bildirilib ki, “Toyota Bakı Mərkəzi”ndə Rusiyadan alınan yeni “Toyota”lara yalnız əlavə ödənişlə zəmanət verilir.

Toyota

Mühərrik

Azərbaycanda (dollar)

                            Rusiyada

rubl

dollar

 Corolla Elegance

1.6 l

21 140

1 063 000

16 333

 Rav4 Prestige

2.0 l

40 118

1 872 000

28 764

Camry Elegance +

2.5 l

42 214

1 635 000

 25 122

 Prado

2.7 l

 49 644

 2 915 000

 34 711

 Land Cruiser LC 200 Prestige

  1. 6 l

 100 630

4 594 000

  70 590

 Highlander

3.5 l

67 114

3 158 000

 48 524

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275