AVTO

Bakıda ev qiymətinə maşın nömrəsi - VİDEO
26 MAY
732

Bakıda ev qiymətinə maşın nömrəsi - VİDEO

2016-05-26 08:02:00

Vətəndaşlardan biri avtomobilinin dövlət qeydiyyat nişanını nə az, nə çox düz 90 min manata saytların birində satışa çıxarıb. Avtomobildən baha olan və satışa çıxarılan nömrə isə 10 XX 100-dür. Fins.az xəbər verir ki, məsələyə münasibət bildirən Bakı Şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi İdarəsinin sözçüsü Vaqif Əsədovun sözlərinə görə, avtomobil nömrəsi hər hansı şəxs tərəfindən satıla bilməz. O, deyir ki, nömrənin dəyişdirilməsi və ya verilməsi aidiyyatı qurumlar tərəfindən həyata keçirilir və nömrəyə uyğun müvafiq rüsumlar var. Rüsumlar 500-2500 manat arasında dəyişir.

Nömrə nişanı 001-dən 009-a kimi rəqəmlər ilə olduqda və müxtəlif hərflərdən ibarətdirsə qiyməti 1500, həmin rəqəmlər seriyası eyni hərflərdən ibarət olduqda 2500 manat rüsum ödənilir. Əgər nömrə nişanı 100-dən 900-a kimidirsə və müxtəlif hərflərdən ibarətdirsə bu zaman qiyməti 1000, eyni hərflərdisə 1500 manatdır. Bununla yanaşı, nömrə eynirəqəmli olduğu halda hərflər müxtəlif olarsa 500 manat, eyni hərflər olarsa 1000 manat dövlət rüsumu nəzərdə tutulur.

Vaqif Əsədov saytlara yerləşdirilən belə elanları real saymır. Bu cür elan yerləşdirilməsinə baxmayaraq, bu satış həyata keçirilmir.

90 min manata avtomobil nömrəsi satan şəxslə əlaqə saxlamağa cəhd olunsa da, o cavab verməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275