AVTO

Bakıda işlənmiş Çin maşınlarının satışına başlanıb -QİYMƏTLƏR
24 MAY
1898

Bakıda işlənmiş Çin maşınlarının satışına başlanıb -QİYMƏTLƏR

2016-05-24 13:19:00

Bakıda ikinci əl Çin avtomobillərin lizinq şərti ilə satışına başlanılıb. Çin avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı “Sirena Motors” şirkətindən fins.az-a verilən məlumata görə, bunlar istehsal tarixi 2013-2014-cü il model “Changan”, “Gac” və “Baic” moelləridir. Belə ki, bəzi hallarda avtomobilin kreditini ödəyə bilməyən müştərilər avtomobili geri qaytarırlar. Yeni satılan maşınların 15% -i bu şəkildə ya geri qaytarılır, ya da dəyişdirilir. Müştərilərin 30-35 %-I krediti ödəyə bilmədiyi üçün avtomobili salona geri qaytarır.

30-40 min kilometr getmiş maşınlardır

Müştərilərin bir hissəsi 30-40 min kilometr sürdükdən sonra avtomobili gətirib yenisi ilə barter edirlər. Məsələn, yeni krossover sürmək istəyənlər “Changan Eado”nu gətirib yeni “Changan CS 75” modelini alırlar. 1-2 il sürülən bu maşınlar isə lizinq şərtilə yenidən müştərilərə təklif edilir. İkinci əl modellər ilkin ödəniş 2500 manat olmaqla ayda 381-402 manata 3 ilə lizinq şərti ilə verilir.

İkinci əl maşınlara da zəmanət verilir

Şirkətdən bildirilib ki, ikinci əl avtomobillərə də zəmanət verilir. Amma bir şərtlə – bu zəmanət maşının alınmasından ötən vaxtdan bəri 100 kilometr məsafəyə şamil edilir. Yəni avtomobilə 100 min kilometr zəmanət verilibsə, satılan zaman yürüş məsafəsi 40 min kilometr olubsa 60 min kilometrlik zəmanət qüvvədə qalır.

İkinci əl Çin maşınlarının da alıcıları var.

Lizinqlə satılan ikinci əl Çin avtomobillərinin də alıcıları var.“Sirena Motors”dan verilən məlumata görə, bu lizinqlə satılan ikinci əl avtmobilləri daha çox əvvəllər sovet maşını sürənlər, maşınını satıb avtomobilsiz qalanlar alır. Bununla yanaşı, nisbətən imkanlı müştərilər də ikinci əl Çin maşını almağa başlayıblar. Belə ki, əvvəllər bahalı avtomobil sürən belə müştərilər iqtisadi vəziyyətə uyğun olaraq daha ucuz və az yanacaq işlədən avtomobil almaq istəyirlər. Lizinqlə ayda müəyyən qədər ödəniş etməklə avtomobil almaq bu müştərilərə sərf edir.

Qiymətlər 

Şirkətdən verilən məlumata görə, hazırda  ikinci əl Çin maşınlarından yalnız "Changan" modelləri qalıb. Digər "Baic" və "Gac" modelləri isə artıq satılıb.Yürüş məsafəsi 30-40 min kilometr olan 2014-cü il model "Changan Eado" nəğd şəkildə 12 min manata satılır.Avtomobil ilkin ödəniş 2500 manat olmaqla ayda 381-402 manat ödənişlə 3 illik lizinq şərtilə satılır.  

Digər model isə "Changan GX 20" avtomobilidir. 2014-cü il model maşın nəğd şəkildə 8500 manata təklif edilir. Lizinqlə almaq istəyənlər 2200 manat ilkin ödəniş etməlidirlər. Daha sonra  3 il ərzində  278 manat aylıq ödəniş təyin edilir. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272