AVTO

Bu ölkələrdən gətirilən maşından rüsum tutulmur
20 MAY
5922

Bu ölkələrdən gətirilən maşından rüsum tutulmur

2016-05-20 15:14:00

Bəzi ölkələrdə  istehsal edilərək Azərbaycana gətirilən avtomobillərə gömrük rüsumu tətbiq edilmir. Söhbət MDB ölkələrində yığılan avtomobillərdən gedir. Dövlət Gömrük Komitəsidən fins.az-a verilən məlumata görə, Azərbaycanın Azad Ticarət Zonasına daxil olduğu ölkələrdən, məsələn, Rusiya, Ukrayna və digər ölkələrdən gətirilən bütün mallara görə idxal rüsumu tutulmur. Bu qayda eyni ilə avtomobillərə də aid edilir. Amma bunun üçün avtomobilin istehsal sertifikatı və ya sənədi təqdim edilməlidir. Bundan əlavə avtomobil Rusiyada istehsal edilir, amma başqa ölkədən Azərbaycana gətirilirsə, bu  halda idxal rüsumu tutulur.Bu isə o deməkdir ki, Almaniyada deyil, Rusiyada  yığılan “Mercedes”i və ya “Volksvagen” avtomobilini alıb gətirmək daha sərfəlidir.

Rusiya və Ukraynadan avtomobillər rüsumsuz gəlir 

Avtomobil satışları üzrə ekspert Rəşad Quliyev fins.az-a bildirib ki, gömrük vergisindən azadolma hazırda MDB ölkələrində istehsal edilən avtomobillərə şamil edilir. Xarici avtomobillərin əksəriyyəti isə Rusiya və Ukraynadakı zavodlarda yığılır. Rusiyada “Nissan”dan “Mercedes”ə, “Reno”dan “BMW”yə kimi  bütün avtomobillər istehsal edilir. Ekspertin sözlərinə görə, Almaniya, Yaponiya və Cənubi Koreyaya aid avtomobillərlə Rusiyada yığılan analoqlarının fərqi sadəcə vintlərinin fərqli yerlərdə bağlanmasıdır. Amma  qiymətlərdə xeyli fərq var. Üstəlik Rusiyada yığılan bu maşınları Azərbaycana gətirənlərdən idxal rüsumu tutulmur. 

Rusiya variantı ilə 3 min manat qənaət etmək olur

Ekspertin sözlərinə görə, müştərilər avtomobili Rusiyadan sifariş verməklə 1000-3000 manata kimi gömrük xərcinə qənaət edə bilərlər. Belə ki, avtomobilin qiymətindən və mühərrikinin həcmindən aslı olaraq  gömrük xərci də azalır. Məsələn, Almaniyadan gətirilən qiyməti 50 min dollar olan 4.0 l mühərrikli avtmobilin gömrük xərci  23 421 manat təşkil edirsə, Rusiyadan alınan eyni maşının gömrük xərci 20900 manata başa gəlir. 

“Passat”ı Rusiyadan almaq 6 min dollar ucuz başa gəlir

Nəticədə bu ölkələrdən alınan eyni modellər daha ucuz başa gəlməklə yanaşı, gömrük rüsumu da az tutulur. Məsələn,  eyni 2.0 mühərrikli yeni model “Passat” Almaniyada 27 min dollara, Rusiyada 22 dollara satılır.  Almaniyadan Azərbaycana gətirilən avtomobilin ümumi gömrük xərci 6200 dollar təşkil edir. Rusiyadan gətirilən eyni maşın 5 min dollar ucuz olmaqla yanaşı,  gömrük  xərci də 1000 (5200 dollar) dollar ucuz başa gəlir. Almaniyadan  33 200 dollara gətirilən maşının Rusiyadan  alınması 27 200 dollara başa gəlir. 

“Hyundai Accent”  1750 dollar ucuz başa gəlir 

Hətta Bakıda ən çox sevilən modelləri də Rusiyadan alıb gətirmək sərfəlidir. Məsələn, 1.4 l mühərrikli yeni model “Hyundai Accent” Bakıda  12 750 dollara satılır. Bu maşın Rusiyada “Hyundai Solaris” adı ilə istehsal edilir. R.Quliyevin sözlərinə görə, hətta avtomobil alverçiləri bütün modelləri Rusiyadan gətirib Bakıda sadəcə logonu dəyişərək satırlar. Çünki “Accent”dən heç bir fərqi yoxdur. “Hyundai Solaris” Rusiyada 8500 dollara satılır. İdxal rüsumu tətbiq edilmədiyi üçün cəmi gömrük xərci 2 min dollar təşkil edir. 500 dollar  da yol xərci hesablasaq, avtomobili  Bakıya 11 min dollara gətirmək olar. R.Quliyev bildirib ki, ən kiçik mühərrikli avtomobil belə 1750  dollar ucuz başa gəlir. 

Rəsmi dillerlər də maşınları bu ölkələrdən  gətirir 

R.Quliyevin sözlərin görə,  hətta bəzi hallarda avtomobil alverçiləri və rəsmi dillerlər ucuz başa gəlməsi və gömrük xərcinin az olmasını nəzərə alaraq avtomobilləri Rusiya və ya Ukraynadan sifariş verirlər. Məsələn, Ukranyanın məşhur Zaparojest avtomobil zavodu  hazırda “Chevrolet” modellərini istehsal edilir. Hissələr ABŞ-dakı zavoddan gətirilib bu zavodda yığılır. Azərbaycana gətirilən yeni “Aveo”, “Cruze” və “Lasetti” modelləri orada yığılır. Məsələn, “Cruze” modelini Ukraynadan 7 min dollara satılır. Full komplektasiyalı eyni model Bakıda 18 456 dollara təklif edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275