AVTO

Gəncə Avtomobil Zavodunda avtobusların yığılmasına başlanıb
19 MAY
381

Gəncə Avtomobil Zavodunda avtobusların yığılmasına başlanıb

2016-05-19 17:32:00

"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi (İB) ilk avtobusların yığılmasını həyata keçirməyə başlayıb. Bunu jurnalistlərə İB-nin Müşahidə Şurasının sədri Xanlar Fətiyev deyib.

X.Fətiyev qeyd edib ki, istehsalın lokallaşdırılması 50 faizə çatacaq: "Zavodda istehsal edilən avtobuslar şəhər tipli olacaq və onlardan Bakıda və bölgələrdə istifadə etmək mümkün olacaq".

O qeyd edib: "Avtobuslarımızın və onların mühərriklərinin keyfiyyəti çox yüksək səviyyədə olacaq. Banları özümüz yığacağıq, mühərrikləri isə xarici istehsalçılardan alacağıq".

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272