AVTO

Avtomobil idxalında 7 qat azalma
17 MAY
278

Avtomobil idxalında 7 qat azalma

2016-05-17 10:12:00

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 1742 avtomobil gətirilib. Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 dəfə azdır.

Eləcə də bax: Azərbaycanda avtomobillər bahalaşmağa başladı – QİYMƏTLƏR

Son 1 ildə sürücü daxil olmaqla azı 10 nəfərlik nəqliyyat vasitələrinin idxalı 16,4 dəfə azalaraq 24-ə, minik maşınlarının idxalı 7,8 dəfə azalaraq 1509-a, yük maşınlarının idxalı 4,2 dəfə azalaraq 152-yə, xüsusi təyinatlı avtomobillərin idxalı isə 2 dəfə azalaraq 57-yə düşüb.

Qeyd edək ki, son məlumatlara görə, Azərbaycana avtomobil idxalının azalması ölkənin avtomobil bazarında avtomobil qıtlığının yaranmasına və qiymətlərin artmasına səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270