AVTO

Avropada ən bahalı parkinq - QİYMƏTLƏRİ
13 MAY
688

Avropada ən bahalı parkinq - QİYMƏTLƏRİ

2016-05-13 16:04:00

«Euronews» portalı Avropanın müxtəlif şəhərlərinin mərkəzində avtomobil parkinqinin qiymətlərini araşdırıb. Araşdırmalar göstərib ki, avtomobillərin parkinqi üçün ən bahalı şəhər Londondur – burada mərkəzdə avtomobilin 1 saatlıq parkinqi 8 avroya başa gəlir. Bolqarıstanın paytaxtı Sofiyanıne mərkəzində isə 1 saatlıq parkinqin orta qiyməti 0,5 avrodur. Başqa sözlə, Londonda parkinq qiyməti Sofiyadan 16 dəfə bahadır.

Maraqlıır ki, bəzi yerlərdə parkinq yerlərinin satış qiyməti evlərin qiyməti ilə müqşayisə olunan həddədir. Belə ki, Londonda bir qədər əvvəl 1 avtomobillik park yeri 446 min avroya satılıb. Bu Britaniyadakı mənzillərin orta qiymətindən 2 dəfə bahadır. Ümumiyyətlə isə Londonda parkinqlərin orta satış qiyməti 25 260 avrodur. Ən aşağı qiymət isə Buxarestdədir - 1680 avro.

Madrid və Barselonada 1 saatlıq parklanma qiyməti 4,89 avro və 3,70 avrodur. Eyni zamanda bu şəhərlərdə parkinq yerinin satış qiyməti 4000 avrodur. Norveçdə avtomobilin 1 saatlıq parkinqi 6,40 avro, parkinq yerinin satış qiyməti 6280 avrodur.

Avropada avtomobil parkinqinin ən bahalı olduğu 10 şəhər:

1. London – saatda 8 avro

2. Stokholm - saatda 7,65 avro

3. Oslo - saatda 6,40 avro

4. Kopenhagen – saatda 5,11 avro

5. Amsterdam – saatda 5 avro

6. Madrid – saatda 4,89 avro

7. Paris – saatda 4 avro

8. Vyana – saatda 4 avro

9. Afina – saatda 4 avro

10. Sürix – saatda 4 avro

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275