AVTO

“BMW”lər Bakıda niyə 2 qat baha satılır?- ARAŞDIRMA
12 MAY
1615

“BMW”lər Bakıda niyə 2 qat baha satılır?- ARAŞDIRMA

2016-05-12 14:56:00

Azərbaycanda yeni avtomobillər qonşu ölkələrlə müqayisədə xeyli baha satılır. Fins.az-ın məlumatına görə,  “Audi” və “Mercedes”lərlə yanaşı, digər Almaniya brendi “BMW”lər də xeyi baha imiş. Fins.az bu dəfə  “BMW avtomobillərinin qiymətləri ilə bağlı Rusiya və Azərbaycan bazarının müqayisəsini aparıb. Məlum olub ki,  ən az qiymət fərqi 27 500 manatdır.

BMW 520” 2 dəfə yaxın bahadır

“BMW avtomobillərinin bəziləri hətta Azərbaycanda hətta 2 dəfəyə yaxın baha satılır.Söhbət  2.0 l mühərrikli   “BMW 520” modelindən gedir. Belə ki, bu avtomobil Bakıda 61 333 dollara satılır. Eyni avtomobili Rusiyadan 33 787 dollara almaq olar.

BMW X5”i 48 500 dollar ucuz almaq olar

Azərbaycanda xeyli məşhur olan “BMW X5”i də Rusiyadan  xeyli ucuz, yəni 48500 dollar fərqlə əldə etmək olar. Məsələn, 3.0l mühərrikli  2015-ci model  “BMW X5” Moskvada 68 181 dollara satıldığı halda, Bakıda bu maşın 116 666 dollara təklif edilir.

Bu maşın 73 470 dollar bahadır

Ən böyük qiymət fərqi isə full komplektasiyalı “BMW 750” modelində müşahidə edilir. 4.4 l mühərrikli 116 530 dollarlıq  avtomobil Bakıda nə az nə çox 190 000 dollara satılır. Qiymət fərqi 73 470 dollardır. Artıq həmin qiymət fərqinə ev və ya neçə avtomobil almaq  olar məsələsi özünün hesablaya bilərsiniz.

BMW

Mühərrik

Azərbaycanda (dollar)

Rusiyada

rubl

dollar

BMW 520

 2.0l

61 333

2 230 000

33 787

BMW X5

     3.0l

116 666

4 500 000

68 181

BMW 750

4.4 l

190 000

7 691 000 

 116 530

BMW A 650

4.4 l

136 000

5 655 000

 

85 833

 

“BMW”lər Rusiyada da yığılır

Məsələ ilə bağlı “BMW” avtmobillərinin Azərbaycanda rəsmi idxalçısı“İmprotex Motors” şirkətindən fins.az-a münasibət bildirilib. Şirkətin satış departamentinin müdiri Elşən Məmmədov fins.az-a deyib ki, bir neçə səbəblə bağlıdır. Birincisi “BMW” şirkətinin törəmə “BMW Rusiya” şirkəti fəaliyyət göstərir. Rusiyada satılan 10 min “BMW”nin 8 mini elə Rusiyanın özündə yığılır. Belə ki, şirkətin Kalininqradda zavodu fəaliyyət göstərir və ehtiyat hissələri Almaniyadan gətirilərək Rusiyada yığılır. Məsələn, hazırda 3-cü, 5-ci seriya, “X3”, “X5” və “X6” modelləri Rusiyada da istehsal edilir.

Nəticədə avtomobil maya dəyərindən 15 % ucuz başa gəlir. Rusiyada yığılan avtomobillər ümumilikdə isə Almaniyadakılardan 35-40 %  ucuz baha gəlir. Hətta bəzi hallarda almanlar “BMW”ni Rusiyadan alırlar. Digər tərəfdən istehsalçı “BMW Rusiya” avtomobilləri dillerlərə rublla satdığı üçün məzənnə ilə bağlı hər hansı bir dəyişiklik qiymətlərə təsir göstərmir. O bildirib ki, Rusiyada qiymətlərin tənzimlənməsi ilə bağlı qanun var. Bu qanuna əsasən ildə 2 dəfədən artıq qiymətləri qaldırmaq qadağan edilir. Növbəti dəfə yeni qiymətlər Rusiyada  iyul ayında məlum olacaq. Və çox güman ki, orda da avtomobil qiymətləri artacaq. Bundan əlavə Rusiyada bazarının böyüklüyü də qiymətlərə xeyli təsir göstərir. Məsələn, Rusiyada ildə 30 min “BMW” satılırsa, Azərbaycanda bu rəqəm 250-300 arasındadır. Yəni, zavod bazara uyğun olaraq ölkələrə qiymət müəyyən edir. Qiymət fərqini yaradan daha bir səbəb isə avtomobillərin yanacaq və yollara görə ölkələrə uyğunlaşdırılmasıdır.Yəni hər ölkənin özünə uyğun standardları var. Məsələn, Azərbaycana gətirilən“BMW” lər Rusiya ilə müqayisədə  aşınmaya daha davamlıdır. Və yaxud yanacağın kefiyyətinin aşağı olmasına görə, bura gətirilən avtomobillərin yanacaq sistemi fərqli hazırlanır. Yəni Avropa üçün Avro 7 standardı tətbiq edilirsə, Azərbaycan bazarı üçün istehsal edilən maşınlar  Avro 4 standartına uyğunlaşdırılır. E.Məmmədovun sözlərinə görə, Rusiya bazarı ilə müqayisədə xeyli qiymət fərqi yaransa da, Azərbaycanda satılan “BMW”lərin qiyməti  Almaniya ilə demək olar ki eynidir. Məsələn, hazırda “BMW 520” Almaniyada 50 min avroya satılırsa, Azərbaycanda da eyni qiymətə təklif edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270