AVTO

Azərbaycanın sürücülük vəsiqələri Türkiyədə tanınacaq
06 MAY
352

Azərbaycanın sürücülük vəsiqələri Türkiyədə tanınacaq

2016-05-06 13:00:00

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Fins.az-ın APA-ya istinadən xəbərinə görə, məsələ barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Daha sonra Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış sazişi təsdiqləyib. Beləliklə, artıq Azərbaycan və Türkiyədə sürücülük vəsiqələri qarşılıqlı tanınacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272