AVTO

Avtoservis işlədənlər də məsuliyyətə cəlb oluna bilər
05 MAY
420

Avtoservis işlədənlər də məsuliyyətə cəlb oluna bilər

2016-05-05 09:39:00
Nazirlər Kabineti “Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edib. Fins.az xəbər verir ki, əsasnamə Azərbaycanda nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi qaydalarını müəyyən edir, nəzərdə tutulan xidmətlərin həyata keçirilməsi zamanı istehlakçılar və icraçılar arasında yaranan münasibətləri tənzimləyir, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir sahələrinin təşkili qaydalarını, təyinatını, strukturunu, vəzifə, funksiya və məsuliyyətini müəyyən edir.
 
 
Dəyişikliyə əsasən, avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyalarında (sahələrində) çalışan şəxslər Nəqliyyat Nazirliyinin təsdiq etdiyi metodiki göstərişlərlə tanış olmalıdır. Avtoservis xidməti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi sahə standartlarının tələblərinə uyğun olmalıdır. Bu standartın, eləcə də “Avtomobil nəqliyyatı haqqında” qanunun tələblərinin pozulmasına görə şəxslər İnzibati Xətalar Məcəlləsinə və Mülki Məcəlləyə uyğun olaraq məsuliyyət daşıyırlar.
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272