AVTO

Sürücülük vəsiqəsində daha bir dəyişiklik 
04 MAY
1950

Sürücülük vəsiqəsində daha bir dəyişiklik 

2016-05-04 16:49:00

Azərbaycanda sürücülük vəsiqələri beynəlxalq standartlara uyğun dəyişdiriləcək. Fins.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi yanında Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. 

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib ki, vaxtı keçən sürücülük vəsiqələri yeni formada veriləcək. Vəsiqələr çip yaddaşla təmin olunur. Bu zaman vəsiqənin shaibi haqqında məlumatlar həmin yaddaşda qeyd edilir. Bu sürücünün digər ölkələrə getdiyi zaman ondan istifadə etməsinə köməklik edir.

Eləcə də bax: Nazirlik sürücülük vəsiqələrini dəyişir

Qurum rəsmisi bildirib ki, vaxtı bitməyən vəsiqələr də işləyir. Onları etibarlılıq müddəti bitməyənə qədər dəyişməyə ehtiyac yoxdur: "Vəsiqələrin hər birində etibarlılıq müddəti var. Etibarlılıq müddəti bitməyən sürücülük vəsiqələrinin hamısı qüvvədədir". 

Kamran Əliyevin sözlərinə görə, sürücülük vəsiqələrinin dəyişdirilməsi üçün 18 manat dövlət rüsumu vermək lazımdır: "Sürücülük vəsiqələrinin verilməsinə görə, dövlət rüsumu olaraq, 18 manat ödəmək lazımdır. Vəsiqələrin dəyişdirilməsi zamanı da, 18 manat ödənilməlidir". 

Mənbə: admiral.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272