AVTO

Bakıda Çin avtomobilləri ucuzlaşdı - QİYMƏTLƏR
03 MAY
1396

Bakıda Çin avtomobilləri ucuzlaşdı - QİYMƏTLƏR

2016-05-03 17:21:00

Bakıda satılan Çin avtomobilləri ucuzlaşıb. Söhbət 2014-2015-ci illərə aid yeni  avtomobillərdən gedir. Çin avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı “Sirena Motors” şirkətindən fins.az-a verilən məlumata görə,   yeni  avtomobillər 10-15 % ucuzlaşıb.

Şirkətin marketinq meneceri Əyyub Əliyev fins.az-a bildirib ki, “Changan”, “Baic”, “Gac” markalarına aid modellər 1000-2000 min manat ucuz satılır. Məsələn, 2015-ci il model “Changan Eado”  mart ayında 18 min manata satılırdısa, indi 16 min manata kimi ucuzlaşıb.1.6 l mühərrikli  “Changan GS 35” modeli də ryni məbləğdə ucuzlaşaraq 16 min manat olub. 

Əvvəl 19700 manata satılan 2014-2015-ci illərə aid 2.0 l mühərrikli “GAC GS5” modeli isə hazırda müştərilərə 17900 manata təklif edilir. Modelin 1.8 Turbo mühərrikli versiyası isə 24900 manatdan 22400 manata kimi ucuzlaşıb.   Ucuzlaşan  çin maşınları sırasında son bir-iki ilin yeni “Baic” modelləri də var. 

Məsələn, “A115” modeli 1800 manat ucuzlaşaraq 11700 manata təklif edilir. Ə.Əliyev bildirib ki,   ucuzlaşma yeni avtomobil  mövsümü ilə bağlıdır. Onun sözlərinə görə,  satışa yeni modellər çıxıralacaq. Məsələn, “Baic BJ 40” və yeni “Baic BJ 80”i buna misal göstərmək olar. Ona görə də digər modellərin qiymətlərinə endirim edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272