AVTO

Bakıda Mercedes-Benz-in 2 yeni modeli təqdim edildi
30 APREL
1444

Bakıda Mercedes-Benz-in 2 yeni modeli təqdim edildi

2016-04-30 13:12:00

Aprelin 29-da “Fairmont Baku” otelində Mercedes-Benz-in Azərbaycandakı rəsmi distribyutoru “Avtokapital-Azərbaycan” şirkəti və Azərbaycanda Mercedes-Benz minik avtomobillərinin yeganə rəsmi dileri “Avtostar Kaukasus” şirkəti, birgə, yeni E-Class və GLS modellərinin təqdimatını keçiriblər. Fins.az-ın məlumatına görə, tədbirdə bildirilib ki, E-Class modeli tamamilə yenidir, GLS modeli isə yenilənib. Dizayn və avtomobil mühəndisliyində yeni innovasiyadır. 

Azərbaycana idxal olunan E-Class 200 modeli 2 litr, 184 at gücündə Turbo mühərrik ilə təchiz olunur. Avtomobil eksteryer və interyer olaraq AMG paketdir. Payız aylarına doğru E-Class-ın  E300, E43 AMG, E400 modellləri buraxılacaq. Bu avtomobillər sırf regiona, eləcə də Azərbaycanda yol və yolsuzluq şəraitinə tam uyğunlaşdırılıb və 2 illik zəmanətlə satılır. maraqlı yeniliklərdən biri odur ki, E-class özü-özünü idarə və park edir. Dəbdəbəli interyer və geniş panoram lyükə malik olan E-Class avtomobilindən ilkin olaraq Azərbaycana 2 ədəd  gətirilib və artıq hər 2 avtomobil satılıb. May ayında Babək prospektində yerləşən Mercedess-Bens salonunda yeni E-Class  və GLS modelləri  olacaqdır və test-drayv keçiriləcək. 

qeyd edək ki, Yeni E-Class  modelinin qiyməti 54 min avrodan 65 avroya kimi dəyişir. Yenilənmiş GLS modeli isə 3 litr, 258 at gücündə Turbo mühərrik ilə təchiz olunur. Avtomobilin qiyməti  90-92 min avro civarındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274