AVTO

Qəzaya düşməmək üçün bunları bilməlisiniz – SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ
29 APREL
384

Qəzaya düşməmək üçün bunları bilməlisiniz – SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ

2016-04-29 17:24:00

Havalar istiləşməsi  bəzi avtmobil qəzalarının da artmasına səbəb olur. Sığorta ekspertləri bildirirlər ki, yaz-yay mövsümündə araməsafəsinin düzgün saxlanılmamasına görə qəzalar xeyli artır. Belə ki, avtomobil sahibləri  bu zaman maşını daha sürətli idarəetməyə meyilli olurlar. Nəticədə araməsafəsinə diqqət yetirmirlər. Öndəki avtmobilin qəflətən əyləci basması isə toqquşma ilə nəticələnir. 

Ara məsafəsi saxlamayan sürücülər qəzaları 50% artırıb 

“Rəvan Sığorta” şirkətinin sığorta hadisələri departamentinin  rəhbəri Rüfəq Quliyev fins.az-a bildirib ki, son aylar ara məsafəsini düzgün saxlamadığına görə qəzaya düşənlər 40-50% artıb. Məsələn, əvvəl 10 avtomobil qəzasından cəmi 2-3-ü buna görə baş verirdisə, indi 10 qəzadan 5-i araməsafəsinin düzgün saxlanılmaması ilə bağlıdır.  R.Quliyevin sözlərinə görə, adətən qış aylarında avtmobil qəzaları hava şəraiti ilə əlaqədar olar daha çox olmalıdır. Amma əksinə havalar istiləşəndən sonra avtmobil qəzaları daha çox olur. 

Bakının mərkəzi hissələrində ehtiyatlı olun! 

Belə qəzalar isə adətən Bakının mərkəzi hissələrində,xüsusilə də Nərimanov, Nizami və Xətai rayonlarının ərazilərində baş verir. R.Quliyev hesab edir ki,sürücülər piyada keçidlərinə yaxın ərazilərdə avtomobili daha  ehtiyatla idarə etmək lazımdır. Belə ki, piyadalar yoldan keçən zaman qarşıda gedən avtomobil dərhal əyləci basır. Arxadan gələn digər avtomobil isə düzgün ara məsafəsi saxlamadığı  və diqqəti yayındığı üçün buna tez reaksiya versə də, amma qəzadan yayınmaq mümkün olmur. Məsələn, mart ayında 81 sığorta hadisəsindən yarısı sırf bu səbəbdən baş verib.  Belə qəzalar zamanı orta hesabla avtomobillərə 2-3 min manat ziyan dəyir.  Məsələn, Bakıda 5 nömrəli xəstəxanın  qarşısında piyada keçidi var. Sığortalı müştərilərdən biri aprel ayının əvvəlində burada qəza törədib. Belə ki,  hərəkətdə olan “Mercedes” yoldan keçən piyadanı  gözləmək üçün dayanıb. Arxadan gələn  “Nissan X Trail”ın sürücüsü avtmobili saxlaya bilməyib və qəza baş verib.  Sığortalı avtomobilin təmiri 2 min manata başa gəldi. 

Hətta 20-22 min manat ziyana düşə bilərsiniz 

Bəzi hallarda isə araməsafəsinin düzgün saxlanmaması böyük zərərlərə səbəb olur. Hətta avtomobil sahibləri 20-22 min manat ziyana düşürlər. Məsələn, yanvarın 15-də belə bir qəza baş verib. Nəsimi rayonunda piayada keçidində  “Qazel”in sürücüsü avtomobili saxlamalı olub. Arxadan böyük sürətlə gələn “İnfiniti FX 35” avtobilinin sürücüsü idarəetməni itirib və avtomobili “Qazel”ə vurub. Nəticədə 40 min manatlıq avtmobilə 22 min manat ziyan dəyib. Amma avtmobilin sığortalı olması sürücünü xilas edib. Belə ki, dəyən ziyanı sığorta şirkəti ödəyib.

İşıqfor və yol ayrıcında ehtiyatlı olun

“Rəvan sığorta” ilə yanaşı digər sığorta şirkətləri də araməsafəsinin düzgün saxlanılmamasına görə qəzaların artdığını etiraf edirlər. Məsələn, “AtaSığorta” şirkətindən fins.az-a verilən məlumata görə, son dövrdə baş verən avtmobil qəzalarının 90 %-i sırf   yüksək sürət və araməsafəsinin düzgün saxlanılmamasıdır. Şirkətin sığorta hadisələri departameninin nümayəndəsi Bünyad Quliyev fins.az-a bildirib ki,  10 avtomobil qəzasından 9-u  araməsafəsinə görə baş verir. B.Quliyevin sözlərinə görə,  piyada keçidləri ilə  yanaşı, işıqfor və yol ayrıclarında belə qəzalar baş verir.Belə ki, işıqforda öndəki avtomobilin dayanmasına fikir verməyən sürücülər avtomobili saxlaya bilmirlər və qəza törədirlər.  B.Quliyev bildirib ki,  belə qəzalar  adətən şəhərin mərkəzi hissələrində baş verir.Burada isə avtmobili   yüksək sürətlə  idarə etmək mümkün olmur. Ona görə də qəzalar zamanı orta ziyan adətən 500-1000 manatdan çox olmur. 

İstirahətə getməyə hazırlaşan sürücülərin nəzərinə!

B.Quliyevin  bildirib ki,  avtomobil sürücüləri  xüsusilə də yay mövsümündə istirahət zonalarında, dənizkənarı yollarda ehtiyatlı olmalıdırlar. Çünki  ara məsafəsi ilə bağlı baş verən qəzaların 60 %-i Bakının dənizkənarı hissələrində baş verir.  Belə ki, bu zaman istirahətə gedənlər artır. Nəticədə  yollarda da avtomobillər  artır. Ehtiyalı davranmamaq və ani diqqətsizlik qəzaya ilə nəticələnir. Qəzadan yayınmağın ən yaxşı üsulu isə düzgün araməsafəsi saxlamaqdır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274