AVTO

Avtomobili harda təmir etdirməli? - TÖVSİYƏ
26 APREL
888

Avtomobili harda təmir etdirməli? - TÖVSİYƏ

2016-04-26 15:00:00

Mövsümlə əlaqədar  avtomobil servislərinə müraciətlər artır. Bəzi avtomobil sahibləri isə ucuz başa gəlməsi üçün  adı boks və təmirxanalardan istifadə edirlər. Amma  bu heç də sərfəli olmur. Belə ki, sürücülər ciblərinə qənaət etdiklərini düşünsələr də, daha çox itirmiş olurlar.  Avtomobil ya istənilən kimi təmir edilmir,  bəzi hallarda isə təzə ehtiyat hissəsinin yerinə köhnə detallar qoyulur.

Bokslar avtomobil sahiblərinin yarısı aldadırlar

Avtomobil təmiri ilə bağlı ekspertlər bildirirlər ki,  adi boks və təmirxanalara müraciət edən 10 avtomobil sahibindən 5-i ya xidmətdən razı qalmır, ya da aldadılır.  Avtomobil təmiri üzrə ekspert Fərid Məlikov  fins.az-a bildirib ki,  avtomobil sahibləri əsasən rəngləmə, dəmirçi işi və avtomobilin hərəkət sistemi ilə bağlı kefiyyətsiz xidmət və aldatma halları ilə üzləşirlər. 

Ucuz təmir 2  dəfə baha başa gəlir

Avtomobil sahibləri servisə az pul xərcləmək üçün ucuz xidmət göstərən  bokslara və təmirxanalara müraciət edirlər. Burada isə bəzi hallarda iş kefiyyətsiz görülür. Məsələn, avtomobilin bir detalının rənglənməsi  normal xidmət göstərən servislərdə 100-150 manata başa gəlir. Adi boks isə bu iş üçün 50 manat təklif edir.Müştəri qiymət fərqinə aldanır. Sonda məlum olur ki, iş kefiyyətsiz görülüb və yaxud rənglər arasında uyğunsuzluq var.Bu dəfə ehtiyat hissəsinin rənglənməsini üçün 250 manat xərc çəkməli olur.

“Dəmirçi işi əksər hallarda kefiyyətsiz olur”

Rənglənmə ilə yanaşı dəmirçi işi də kefiyyətsiz görülür. Məsələn, qəzadan sonra avtomobil  ucuz təmir üçün belə bokslara verilir. Sürücü avtomobili  təmirdən götürüb adi qaydada sürür. 5-6 aydan sonra avtomobil bir dəfə zərbəyə düşəndən sonra məlum olur ki, təmir işi kefiyyətsiz görülüb. Bunu isə adətən digər ustalar müştəriyə deyir. Məlum olur ki, yan qanadla qapı arasında məsafə düzgün deyil. Və yaxud faralar, bufer düzgün qurulmayıb.   

“Pul itirməklə yanaşı, həyati təhlükə də var”

Bəzi hallarda isə ustalar avtomobil sahiblərini aldadırlar. Bu  əsasən sürücülərin məlumatlı olmadığı hissələrlə bağlı olur. Məsələn, qəzaya düşən avtomobildə hava yastığının təmir edilməsi tələb edilsə də, usta əksini edir. Yəni, hava yastıqlarının yerinə dəri tikdirərək bağlatdırır. Bundan əlavə kompyuterdə hava yastığı ilə bağlı məlumatlar söndürülür ki,  sürücü bundan xəbər tutmasın.  Avtombil sahibləri belə halda əlavə pul itirməklə yanaşı sağlamlıqlarını itirmək riskin qarşısında da qalırlar. Belə ki, qəza zamanı hava yastıqlarının açılmaması ölüm riskləri yaradır. 

“Bəzi ustalar maşının təzə detallarını oğurlayırlar”

Aldatma halları bununla da  kifayətlənmir. F.Məlikov bildirib ki,  bəzi bokslarda ustalar müştərinin məlumatsız olduğunu bilən kimi onu aldatmağa çalışırlar. Belə ki,  ehtiyac olmadığı halda bəzi detalların təmir edilməli olduğunu deyirlər.Avtomobili təmir etmək əvəzinə isə onun təzə detalını çıxarıb yerinə köhnə detal qoyurlar. Belə hallar əsasən sürücünü avtomobili ustaya həlavə edib gədəndən sonra baş verir. “Məsələn, sürücü avtomobili gətirib ustaya təhvil verib, nə vaxt götürməli olduğunu  soruşur. Usta isə bir gün sonra təmiri bitirəcəyini deyir. Bu müddətdə isə  avtomobildə olan təzə detalları köhnəsi ilə əvəzləyir”. Bu detallarla isə avtomobili bir neçə ay sürmək mümkün olur. Avtomobil sahibi aldadıldığını isə digər bir ustaya müraciət edərkən bilir.Məsələn, avtomobilini  yoxlatdırmağa aparan sürücünü  boksda aldatmışdılar. Usta avtomobilin “peredok”unun  yararsız və dəyişdirilməli olduğu demişdi.  Avtomobil sahibi də buna inanaraq razılaşmışdı. Usta nasaz hissəyə kosmetik düzəlişlər etmişdi. Sürücü  5-6 aydan sonra başqa bir ustaya müraciət edib. Həmin usta da eyni hissəsinin dəyişdirilməli olduğunu deyib. Və məlum olub ki, adi təmirxanadakı usta avtomobil sahibini aldadıb. Sürücü  avtomobilin təmiri  üçün 300 manat əlavə xərc çəkib.

Maşının yanından çəkilməmək lazımdır

Belə neqativ hallarla qarşılaşmaq istəməyən sürücülər mütləq tanıdıqları ustalara və  normal xidmət göstərilən servislərə müraciət etməlidirlər. F.Məlikov bildirib ki, neqativ hallarla qarşılaşmaq istəməyən sürücülər heç bir halda avtomobili servisə həvalə edib getməməlidirlər: “Təmir  prosesini izləyərək işin yekunlaşmasını gözləmək aldadılmamaq üçün ən uğurlu  çıxış yoludur”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272