AVTO

Maşını necə baha satmaq olar? - VİDEO
25 APREL
521

Maşını necə baha satmaq olar? - VİDEO

2016-04-25 09:54:00

Avtomobili yaxşı qiymətə necə satmaq olar? Bu sual yəqin ki, bir çox insanı maraqlandırır.

Fins.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, əksər insan avtomobili satışa düzgün hazırlaya bilmir. Nəticədə isə avtomobil aşağı qiymətə alınır. Əslində isə bəzi nüanslara diqqət etməklə siz avtomobilinizi real dəyərinə hətta daha bahalı sata bilərsiz.

Əksər sürücülər də bu şəxslər kimi avtomobilni satarkən onu satışa düzgün hazırlaya bilmirlər. Nəticədə isə avtomobil bazarda ya dəyərindən xeyli aşağı qiymətə satılır, ya da ümumiyyətlə satılmır.

Ekspert Qurban Məmmədov isə deyir ki, avtomobilini satan şəxs bəzi nüanslara əməl etməklə onu real qiymətinə sata bilər. İlk öncə mütləq avtomobil satışa çıxarılmadan əvvəl yuyulmalıdır. Həmçinin işləməyən bəzi xırda detalların dəyişdirilməsi və sızıntıların aradan qaldırılması da avtomobilin yaxşı qiymətə satılmasına kömək edə bilər.

Bundan başqa, avtomobilin üzərində olan cızıqlar da satışdan öncə aradan qaldırılsa yaxşı olar. Əks halda bu avtomobilin qiymətinin xeyli azalmasına səbəb bilər.

Qurban Məmmədov deyir ki, avtomobilin şinlərinin köhnə olması da qiymətə mənfi təsir edən amillərdəndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271