AVTO

“Mitsubishi”dən saxta yanacaq sərfi - AÇIQLAMASI
21 APREL
593

“Mitsubishi”dən saxta yanacaq sərfi - AÇIQLAMASI

2016-04-21 17:49:00

“Mitsubishi Motors” şirkəti 620 min kiçik avtomobilin yanacaq sərfi barədə məlumatların əməkdaşları tərəfindən saxtalaşdırılması haqda yayılan xəbərlərdən sonra xoşagəlməz vəziyyətlə qarşılaşıb.

Bu barədə yayılan xəbərlərdə bildirilir ki, 2013-cü ilin iyunundan başlayaraq konveyerdən buraxılan dörd avtomobil modeli barədə məlumatlar saxtalaşdırılıb. Həmin modellərdən ikisi “Nissan” avtomobillərinə aiddir.

“Mitsubishi Motors” şirkətinin nümayəndələri jurnalistlərə bildiriblər ki, qeyri-dəqiqlik “Nissan” modeli ilə aparılan test sınaqları zamanı əldə edilən real göstərici ilə qənaətcillik barədə göstərici müqayisə olunarkən ortaya çıxıb. Yanacaq sərfi barədə göstərici şirkətin hökumətə təqdim etdiyi göstəricidən 5-10 faiz yuxarı olub.

Şirkətin prezidenti bildirib ki, hazırda həmin model avtomobillərin alıcılarına artıq yanacaq sərfinə görə kompensasiya ödənilməsi məsələsi müzakirə mərhələsindədir.

Həmçinin şirkətdən bildiriblər ki, həmin vaxt testlərin aparılmasına cavabdeh olan əməkdaş testlərin göstəricisinin təhrif olunması barədə göstəriş verdiyini təsdiq edib. Əlavə olaraq qeyd edilib ki, daxili bazar üçün nəzərdə tutulan digər modellərin testi dövlət üçün nəzərdə tutulan modellərin testindən fərqlənir.

Hazırda şirkətin texniki mərkəzində müvafiq istintaq əməliyyatı aparılır.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274