AVTO

“Renault”dan “Koleos” krossoveri
21 APREL
477

“Renault”dan “Koleos” krossoveri

2016-04-21 16:26:00

Fransanın avtomobil istehsalçısı - “Renault” şirkəti “Koleos” krossoverinin yeni modelini hazırlayıb. Fins.az-ın məlumatına görə, fransız avtomobil brendinin yeni modeli ilk dəfə aprelin 25-də Pekin avtomobil sərgisində nümayiş ediləcək. Əvvəlcə avtomobilin “Maxthon” adı ilə satışa çıxarılacağı bildirilsə də, daha sonra modelin köhnə adının saxlanılması qərara alınıb.

Yeni görkəm alan modelə led faralar, kuzovun müdafiə təbəqəsi və 19 düymlük yüngül lehimli disklər əlavə edilib. Avtomobilin interyerinin görüntüləri yayılmasa da, “Renault”un digər modelləri kimi böyük sensorlu displeyinin olacağı gözlənilir. Bundan əlavə avtomobilin idarəetmə və R-Link məlumat sistemi yenilənib.

Yeni “Koleos” “Nissan X-Trail” platforması əsasında yaradılıb.Texniki göstəricilərinə gəldikdə isə 1.6 l mühərrikli krossover 160 at gücündədir. Avtomobilin başlağıc satış qiymətinin isə 20 min dollar civarında olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275