AVTO

Şirkətlər avtomobilləri necə satır?- AÇIQLAMA
21 APREL
1288

Şirkətlər avtomobilləri necə satır?- AÇIQLAMA

2016-04-21 16:00:00

Azərbaycanda avtomobil satışlarının azalması avtomobil şirkətlərini yeni satış üsulları axtarmağa vadar edir.Bununla rəsmi dillerlər mövcud satışları qoruyub saxlamağa çalışırlar. 

“Skoda Azərbaycan” şirkətindən fins.az-a verilən məlumata görə, son vaxtlar avtomobillərinin satışında 2 dəfəyə yaxın azalma müşahidə olunur. Məsələn, dolların bahalaşmasından əvvəl ayda 10-12 “Skoda ” satılırdısa, indi bu rəqəm 4-7 ədəd təşkil edir. Sadə müştərilərlə yanaşı, gəlirləri azalan şirkətlər də avtomobil almaqdan imtina edirlər. Digər tərəfdən, təzə avtomobillərin  dolların yeni məzənnəsi ilə ölkəyə gətirilməsi  qiymətləri xeyli artırır. Belə olan halda avtomobil şirkətləri qiymətlərə təsir edən detallara diqqət yetirməyə məcbur olurlar. Xüsusilə də qiyməti  20-25 min manatlıq avtomobillərdə əlavə təhcizat ixtisar edilir.

Əlavə təhcizatı  ixtisar edirik 

“Skoda Azərbaycan” şirkətində deyirlər ki, hazırkı bazar tələbinə uyğun olaraq  yeni gətirilən avtmobillərin  ucuz və qənaətcil olmasına çalışırlar. Çünki tələbat daha çox belə avtomobillərədir. Şirktin satış departamentinin müdiri Namiq Əlimərdanov fins.az-a bildirib ki, avtomobillərin  bahalaşmasının qarşısını almaq və ucuz satış üçün aşağı seqmentdə olan modellərdə əlavə təhcizat ixtisar edilir. Buna start-stop sitemini, ponorama tavanı, monitor, ön oturacaqların qızdırılması sistemini misal göstərmək olar. Bundan əlavə bəzi hallarda dəri salon əvəzlənir. Əlavə təhcizatın ixtisar edilməsi nəticəsində avtomobillər  daha az bahalaşmış olur. Məsələn, bunun sayəsində əvvəl 22 min manata satılan  “Skoda” modelini  indi 25 min manata satışa çıxarmaq olur. 

“Az yanacaq işlədən modellər satırıq” 

N.Əlimərdanovun sözlərinə görə,  digər tərəfdən “Skoda” avtomobilləri  yanacaq sərfi baxımından sərfəli hesab edilir. Bu səbəb isə alıcıların diqqətini cəlb edir. Məsələn,  şirkətlər və sadə  vətəndaşlar ailə avtomobili olaraq  “Rapid” modelini seçirlər. Belə ki,  1.2 -1.4 turbo mühərrikli  bu model şəhər içi yollarda 6-7 litr yanacaq işlədir. 

Şirkətlərin tələbinə uyğun avtomobil gətiririk

Yanacaq sərfinin az olması ilə yanaşı, salonun və baqajının  genişliyinə görə “Octavia” modelinə isə daha çox taksi şirkətləri maraq göstərir. Belə ki, sedan olmasına baxmayaraq baqaj arxa şüşə ilə birlikdə açılır. Bu isə hətta iri ölçülü əşyaların baqaja yerləşməsinə imkan verir.  1.4 l mühərrikli bu model də 7 litr yanacaq işlədir. 

İş adamları bu modeli alır 

Bəzi modelləri  kefiyyət və görüşünə görə  dövlət işçiləri və iş adamları alırlar. Buna “Toyota Corolla” ilə eyni seqmentdə olan “Skoda Superb” modelini misal göstərmək olar. 1.8 l  mühərrikli model 49-54 min manata satılır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270