AVTO

Avtomobil biznesi “batır” – İDXALDA KƏSKİN AZALMA
18 APREL
718

Avtomobil biznesi “batır” – İDXALDA KƏSKİN AZALMA

2016-04-18 16:56:00

Bu ilin 1-ci rübündə Azərbaycana xaricdən 1362 nəqliyyat vasitəsi idxal olunub. Fins.az-ın Dövlət Gömrük Komitəsinə istinadən yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 dəfə azdır. Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş avtomobillərin idxalı 10,7 dəfə azalaraq 19-a, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin idxalı 7,5 dəfə azalaraq 1235-ə, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 5,2 dəfə azalaraq 97-yə, Xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 7 dəfə azalaraq 11-ə düşüb .

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272