AVTO

Bakıda «Mercedes»lər niyə bahadır? – 70 MİN DOLLAR QİYMƏT FƏRQİ
15 APREL
1045

Bakıda «Mercedes»lər niyə bahadır? – 70 MİN DOLLAR QİYMƏT FƏRQİ

2016-04-15 11:43:00

Azərbaycanda yeni avtomobillər qonşu ölkələrlə müqayisədə xeyli baha satılır. Fins.az  yeni avtomobillərin qiymətləri ilə bağlı Rusiya və Azərbaycan bazarının müqayisəsinə başlayıb. İlk olaraq “Audi” avtomobillərinin  qiymətlərində fərqi araşdırılmışdı. Qiymətlərdəki fərqə görə, “Mercedes” avtomobilləri  “Audi” modellərini də geridə qoyur. Belə ki, Azərbaycanda satılan yeni “Mercedes”lər Rusiyadan 9-70 min dollar bahadır. 

«Mercedes»lər  70 min dollara kimi bahadır 

Avtomobillərin qiymətindən aslı  olaraq modellərin də qiymətləri getdikcə yüksəlir. Məsələn, 2015-ci il model 1.6 l mühərrikli “A 180” avtomobili  Moskvada 22 575 dollara satıldığı halda, Bakıda bu modelin  qiyməti 31 596 dollardır.Bu isə 9 min dollar baha deməkdir. “C 180” modeli isə bir qədər də bahadır. Eyni avtomobil Rusiyada  28 136 dollara, Azərbaycanda 39 619 dollara satılır. 2.0 l mühərrikli “E 250” modeli isə müqayisədə Bakıda 13 370 dollar baha satılır. 3.0 l “GLE 350”  modelini Rusiyadan alanlar  23 049 dollar, 4.7l “GL 500”  modelini alanlar isə  ciblərinə 24 213 dollar qənaet edə bilərlər.  

Qiymət fərqi ilə 2 otaqlı mənzil almaq olar 

Ən böyük qiymət fərqi isə  4.7 l «Mercedes S 500» və «S 63 AMG 4 MATIC» modellərində müşahidə edilir. Belə ki,  bu avtomobillər hətta 50-70 min dollar baha satılır. Məsələn, Rusiyada  119 min dollarlıq «S 500» Bakıda 169 min dollara satılır. Moskvada 171 min dollara satılan «S 63 AMG 4 MATIC» Bakı qiyməti  nə az, nə çox, düz 240 300 dollardır. Belə qiymət fərqinə Bakıda hətta 2 otaqlı mənzil, və yaxud 2 avtomobil almaq olar. 

«Mercedes» zavodu onlara endirim edir

«Mercedes» avtomobillərinin Azərbaycanda  rəsmi  dilleri “Autostar Kaukasus” şirkətində qiymətlərdəki böyük fərq haqqında məlumatlıdırlar. Amma onların məsələ ilə bağlı fərqli arqumentləri var.  Şirkətin satış şöbəsindən fins.az-a verilən məlumata görə, bunun bir neçə səbəbi var. Birincisi, Rusiyada satışlar Azərbaycandan fərqli olaraq yüksəkdir. Ona görə də, zavoddan Rusiyada satışı həyata keçirən şirkətlərə endirimlər verilir. Bu isə Rusiyada qiymətlərinin ucuz olmasına səbəb olur.

«Ona görə sadə komplektasiya satmırıq ki...»

Digər tərəfdən Rusiyada bu avtomobillərin sadə variantı satıldığı halda, Azərbaycanda sadə kompektasiyada avtomobil alan çox azdır: «Müştərilər adətən avtomobildə hər bir təhcizatın olmasını istəyirlər». «Autostar Kaukasus»də iddia  edirlər ki,  məhz buna görə baza kompektasiyada avtomobil gətirilmir. Əlavə təhcizatlar isə qiymətlərdə xeyli fərq yaradır: «Məsələn, «GL 500» modeli sadə komplektasiyada 110 min dollara (98 min avroya) satılır. Avtomobili full opsiyada sifariş etmək isə 141  min dollardır (126 min avro)». 

Full komplektasiya nədir?

Məsələn şirkətdən bildirirlər ki, avtomobildəki panorama görüntülü lyuk onun qiymətini 1700 avro və ya 1900 dollar artırır. LED faralar isə qiymətə daha 1435 avro və ya 1600 dollar əlavə edir. Avtomobilin qiymətini artıran əsas opsiyalardan biri tənzimləmə sistemidir. Şirkətdən bildirirlər ki, bu sistem avtomobilin dayanıqlığını artırır, məsələn, kəskin döngüdə aşmağa imkan vermir. Həmin sistemin qurulması 3500 avro və ya 3900 dollara başa gəlir.  Avtomobili işə salmaq üçün start-stop düyməsi isə onun qiymətinə 1100 avro 1230 dollar əlavə edir. Bütün bu opsiyaların ümumi qiyməti isə cəmi 8700 dollardır. 

Mercedes

Mühərrik

Azərbaycanda (dollar)

                            Rusiyada

rubl

dollar

A 180

1.6 l

31 596 

1 490 000

22 575

C 180

1.6 l

39 619

1 857 000 

28 136

E 250

2.0 l

65 120

3 415 527 

51 750

GLE 350 

3.0 l

93300

4 636 605 

70 251

GL 500

4.7 l

130 000

6 982 000

 105 787

S 500

4.7 l

169 700

7 855 000 

119 015

S 63 AMG 4 MATIC 

5.5 l

240 300

11 341 000 

171 833

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274