AVTO

Azərbaycanda “Audi”lər niyə bahadır? -25 MİN DOLLARA ÇATAN FƏRQ
13 APREL
1539

Azərbaycanda “Audi”lər niyə bahadır? -25 MİN DOLLARA ÇATAN FƏRQ

2016-04-13 12:27:00

Azərbaycanda yeni avtomobillər qonşu ölkələrlə müqayisədə xeyli baha satılır. Qonşu ölkələrdə yeni avtomobillərlə Azərbaycanda satılanlar arasında müqayisə apardıqda böyük fərq yaranır. Fins.az  ilk olaraq  “Audi” avtomobillərinin Rusiya və Azərbaycan bazarında müqayisəsini aparıb. Məlum olub ki, Azərbaycanda satılan “Audi”lər  Rusiyadakından 8-25 min dollar  bahadır. 

Qiymət fərqi bütün modellərdə var

Qiymət fərqi «Audi» bütün modellərində var. Məsələn,  2016-c il model 2.0l turbo mühərrikli  “Audi A7”nı Rusiyadan almaq müştəriyə 8 min dollar ucuz başa gəlir. Bu avtomobil Rusiyada 51 212 dollara, Azərbaycanda isə 59500 dollara satılır. 

Eləcə də bax: Как новая Audi Q7 управляет водителем - ТЕСТ-ДРАЙВ

“Audi A7” Rusiyadan 25 min dollar bahadır

“Audi Q7” həvəskarları isə eyni avtomobili Rusiyadan almaqla 10 min dollar  yaxın qənaət etmiş olarlar. 2.0 l turbo mühərrikli “Q7” Bakıda 62500 dollara, Moskvada  isə 52 575  dollara satılır. Bəzi modellər arasında qiymət fərqi isə hətta 23-25 min dollar təşkil edir. Məsələn, 3.0 l turbo mühərrikli “Audi A 6” 22 864 dollar baha qiymətə, yəni 67 min dollara satılır. 3.0 l turbo mühərrikli “Audi A7” modeli isə bahalıqda digər modelləri geridə qoyur. Belə ki, bu avtomobili Bakıda almaq müştəriyə  25 766 dollar baha  başa gəlir.  2016-cı il model 2.0 l Turbo  mühərrikli “Audi A 4”  avtomobili Azərbaycanda 38 157 - 57 min dollara satıldığı halda, Rusiyada  eyni avtomobili 30 075 -31 287 dollara almaq mümkündür. Bu da  8 -25 min dollar qiymət fərqi deməkdir. 

Vergi və rüsumlar  çox yüksəkdir

«Audi» Bakı Mərkəzində Rusiyadakı qiymətlərdən xəbərdardırlar. Amma şirkətin arqumentləri də hazırdır. Buradan fins.az-a verilən məlumata görə, Azərbaycanda «Audi»lərin bahalı olmasının əaas səbəbi gömrük və vergi rüsumlarının xeyli yüksək olmasıdır. Satış meneceri Tural Təhməzov fins.az-a bildirib ki, gömrük rüsumları o qədər yüksəkdir ki, öəzən avtomobilin qiymətinin yarısı qədər rüsum ödəmək lazım gəlir. 

«Biz sadə avtomobil satmırıq»

Digər tərəfdən  «Audi»də iddia edirlər ki, Rusiyadakı qiymətlər avtomobillərin baza komplektasiyasına, yəni sadə variantına aiddir. Azərbaycanda isə müştərilər sadə variantlara maraq göstərmilər: “Lazım oldu-olmadı əlavə təchizat tələb edilir ki, bu da qiymətlərdə özünü göstərir. Məsələn, müştərilərin 90 %-i lyuklu avtomobil istəyir. Halbuki, buna heç də həmişə ehtiyac yoxdur. Amma lyukun olması əlavə 700-800 avroya başa gəlir”. T.Təhməzovun sözlərinə görə, Rusiya və digər qonşu ölkələrdə “S-Line” təhcizatı olmadığı halda, yerli müştərilə bunu tələb edirlər. Bura bufer və yan çıxıntıların fərqli dizaynı daxildir. Bu isə əlavə 2-3 min avro xərc imiş. «Audi»də iddia edirlər ki, məhz buna görə, Azərbaycan sadə variant avtomobillər gətirilmir. 

Nisbətən ucuz da satmaq olar

Halbuki, baza variantında maşını daha ucuz almaq olar. Məsələn, “Audi A 4”ü  38 min dollara deyil, baza komplektasiyada  33 -34 min dollara da satmaq olar. Amma müştəri sadə kompleksiyanın yanından ötüb təhcizatlı opsiyalara üstünlük verir. Belə olan halda  baza komplektasiyalı avtomobil gətirmək sərfəli olmur. 

 Model

Mühərrik

Azərbaycanda (dollar)

                            Rusiyada

rubl

dollar

“Audi A 4”

2.0 Turbo  190 a.g

38 157 - 57 min

1 985000-2 065 000

30 075 -31 287

“Audi A5”

  2.0 Turbo 225 a.g

65 min

2 781 000

42 136

“Audi A 6” 

3.0  T

67 min

3 761 000

 

56 984

“Audi A7”

2.0 T

59 500

3 380 000

51 212

“Audi A7”

3.0 T

77 min

3 815 000

 

51 234

 “Audi Q7”

2.0 T 252 a.g

62 500

3 470 000

 

 

52 575

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275