AVTO

Skoda-dan Kodiak krosseveri
13 APREL
225

Skoda-dan Kodiak krosseveri

2016-04-13 09:02:00

Çexiyanın Skoda avtomobil şirkəti ilk dəfə olaraq yeni Kodiak krossoverini nümayiş etdirib. Fins.az xəbər verir ki, avtomobilin təqdimatı paytaxt Praqada, xüsusi tədbirdə baş tutub.

Məlumata görə, Skoda yeni modelinin iştirakı ilə bu ilin oktyabrında Fransanın paytaxtı Parisdə motor-şou keçirməyi planlaşdırır.  Avromobilin Avropada satışına isə gələn ilin əvvəllərindən başlanacaq.

Kodiak-ın istehsalı Çexiyanın Kvasina şəhərindəki zavodda həyata keçirilir. Hazırda bu müəssisədə Roomster, Yeti və Superb modelləri də hazırlanır.

Yeni avtomobilin dizaynı ötən ay, İsveçrənin Cenevrə şəhərindəki avtosalonda ilk dəfə təqdim edilmiş VisionS konseptinə uyğundur. Maşın yüngül lehimli disklərə, bir o qədər də böyük olmayan radiator barmaqlıqlarına və havalandırma sisteminə malikdir.

Kodiak-ın texniki göstəriciləri isə hələ ki, sir saxlanılır. Bununla belə, VisionS prototipi Volkswagen Group-un MQB platformasında hazırlanıb. Bu tərkibə 1,5 litr həcmi olan 156 at gücündə mühərrik daxildir. Vision S konsepti əlavə olaraq 2 elektrik motoru ilə də təchiz edilir ki, bütün bunlar da avtomobilin gücünü 255 at səviyyəsinə çatdırır.

VisionS krossoverləri 6 pilləli sürət qutusuna malik olur. Onlar 100 km/saat sürəti 7,4 saniyəyə yığır. Maksimal sürət 200 km/saatdır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274