AVTO

Azərbaycanda avtomobil ehtiyat hissələrinin “virtual anbar”ı yaradılacaq
15 DEKABR 2025
1317

Azərbaycanda avtomobil ehtiyat hissələrinin “virtual anbar”ı yaradılacaq

2025-12-15 14:53:00

Azərbaycanda avtomobil ehtiyat hissələrinin virtual anbarı yaradılacaq. Bunu Fins.az-a Audatex-Azerbaijan” şirkətinin icraçı direktoru Zakir Kərimzadə bildirib. Onun sözlərinə görə, bu məsələ “Audotex” sisteminin xarici təcrübəsindən istifadə edilməklə öz həllini tapacaq. Əsas məqsəd “Audatex” qiymətləndirmə sistemində avtomobillərin ikinci əl ehtiyat hissələrinin standard qiymətlərini müəyyən etmək və onlar haqqında dolğun məlumatı bu proqramda yerləşdirməkdir. Bunun nəticəsində “Audatex” sistemi vasitəsilə avtomobilə dəyən ziyanın qiymətləndirməsi dəqiqləşməklə yanaşı, lazımı ehtiyat hissəsinin harada satıldığı məlum olacaq və sifarişi asanlaşacaq. Bunun üçün ehtiyat hissələrini satan mağazalar satışda olan detallar haqqında məlumatları “virtual anbar”a əlavə edəcəklər. Və bu məlumatları sığorta şirkətləri də görə biləcək. Artıq məlum olacaq ki, lazım olan ehtiyat hissəsi satışda var, yoxsa yox. Bununla da köhnə ehtiyat hissələri ilə bağlı problem həllini tapacaq.  

Z.Kərimzadə hazırda “virtual anbar”ın yaradılması ilə bağlı ehtiyat hissələri mağazaları ilə danışıqlar aparıldığını bildirib.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258