SƏNAYE

Robert Dadli BP-dən ayrıldıqdan sonra “Rosneft” direktorlar şurasında qala bilər
10 OKTYABR
50

Robert Dadli BP-dən ayrıldıqdan sonra “Rosneft” direktorlar şurasında qala bilər

2019-10-10 10:27:00

BP şirkətinin baş icraçı direktoru Robert Dadli gələn il vəzifədən getdikdən sonra Rusiyanın “Rosneft” dövlət neft şirkətinin Direktorlar Şurasında qala bilər.

Fins.az xəbər verir ki, bu barədə “Oil & Money” konfransı zamanı jurnalistlərə bildirən R.Dadli iki şirkət arasında münasibətlərin böyük əhəmiyyətini qeyd edib.

Bundan əvvəl BP-nin icraçı direktoru Robert Dadlinin gələn il 31 mart tarixindən istefa verəcəyi, şirkətin Direktorlar Şurasından da çıxacağı bildirilmişdi. Onun xələfi hazırda hasilata dair icraçı direktor olan Bernard Luni Direktorlar Şurasına fevralın 5-də qəbul olunacaq.

Qeyd edək ki, 64 yaşlı R.Dadli ömrünün 40 ilini BP-yə həsr edib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır