SƏNAYE

Nazir: “Qazaxıstan gələcəkdə BTC ilə 4 mln. tona qədər neft nəql edə bilər”
09 OKTYABR
100

Nazir: “Qazaxıstan gələcəkdə BTC ilə 4 mln. tona qədər neft nəql edə bilər”

2019-10-09 15:40:00

"Hazırda Qazaxıstanda böyük resurslar yoxdur. Amma perspektivdə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 1-4 mln. ton neft nəql edilə bilər”.

Fins.az xəbər verir ki, bunu Bakıda Qazaxıstanın energetika naziri Kanat Bozumbayev Qazaxıstan neftinin BTC ilə nəqlinin bərpası istiqamətində danışıqlarla bağlı bildirib.

“Qazaxıstandakı resursların artımı 3 böyük layihə - "Kaçaqan","Tengiz" və "Karaçaqanak" yataqları ilə əlaqəlidir. 2022-23-cü illərdə "Tengiz" yatağının genişləndirilməsi nəticəsində neft hasilatının illik 12-13 mln.ton artırılması gözlənilir. Onda bu istiqamətdə böyük həcmdə neft nəql etmək mümkün olacaq. Hazırda isə söhbət Qazaxıstanın digər yataqlarının resurslarından gedir. Bu yataqlardan BTC ilə  ildə 1-4 mln.ton nəql mümkündür. “SOCAR Trading” və Qazaxıstan şirkətləri bu istiqamətdə danışıqlar aparır. Hazırda tariflərə baxılır və inanıram ki, ilin sonuna nəticə əldə olunacaq".

O qeyd edib ki,dünya bazarında neftin qiymətinin aşağı olması şəraitində daha səmərəli istiqamətlər axtarılmalıdır.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır