SƏNAYE

“AzerGold" Akselerasiya proqramında iştirak edəcək startapları SEÇİB
09 OKTYABR
72

“AzerGold" Akselerasiya proqramında iştirak edəcək startapları SEÇİB

2019-10-09 11:56:00

 ASAN xidmət INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə birgə təşkil olunan Akselerasiya Proqramına seçimlər keçirilib.

Fins.az xəbər verir ki, bu barədə “AzerGold” məlumat yayımlayıb

Məlumata gör, 2019-cu  ilin 14 avqust - 29 sentyabr tarixlərində proqramda iştirak üçün qeydiyyatdan keçən 8 startap komandası prototipi mövcud və ya inkişaf mərhələsində olan, müəyyən bazar seqmentinə aid faydalı innovativ həllər təklif ediblər.

Tədbir zamanı “AzerGold” QSC-nin aidiyyatı şöbələrinin rəhbələri və INNOLAND-ın nümayəndələrindən ibarət münsiflər heyəti istehsalat proseslərinin optimallaşdırılması, ixtisasların potensial inkişafı, bacarıqların artırılması, aparıcı texnologiya, avadanlıq və həll yollarından istifadə edilməsi kimi müxtəlif meyarlar üzrə startapları qiymətləndiriblər.

Yekunda ən yüksək bal toplayan “Join B2B”, “Buqelemun”, “Təmiz hava”, “Bioqaz” və “Kitablı” startapları növbəti mərhələyə keçərək Akselerasiya Proqramında iştirak etmək hüququnu və layihələrini reallaşdırmaq imkanını əldə ediblər. 3 ay davam edəcək Proqram çərçivəsində startap komandalarına hər həftə müxtəlif təlimlər keçiriləcək, tapşırıqlar veriləcək. Həmçinin, “AzerGold” QSC-nin aidiyyatı şöbələrinin rəhbərləri mentor qismində mütəmadi olaraq startapçıları dəstəkləmək və istiqamətləndirmək məqsədilə görüşlər keçirəcəklər.

Proqramı uğurla bitirən startaplar “AzerGold” QSC ilə birbaşa əməkdaşlıq imkanını əladə etməklə yanaşı 2020-ci ildə Türkiyədə keçiriləcək “Startup Turkey” tədbirinə qatılmaq imkanını da əldə edəcəklər.

Qeyd edək ki, “AzerGold” QSC və INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi arasında cari ilin 25 iyul tarixində imzalanan əməkdaşlıq müqaviləsi çərçivəsində reallaşdırılan Akselerasiya Proqramının əsas məqsədi sahələrarası innovasiyanı stimullaşdırmaq üçün sənayenin inqilabi startaplarını bir araya gətirmək, sahə üzrə yenilikləri stimullaşdırmaq, prosesləri optimallaşdırmaq, sənayenin Azərbaycanda və regionda yeni bir standart müəyyən etməsinə töhvə verməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır