SƏNAYE

Rusiyadan "taxıl OPEC-i qurulsun" təklifi
08 OKTYABR
80

Rusiyadan "taxıl OPEC-i qurulsun" təklifi

2019-10-08 11:14:00

Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Qordeyev, qlobal taxıl bazarlarında sabitliyin təmin olunması və qlobal aclıqla bağlı problemlərin həlli üçün taxıl sektorunda OPEC-ə bənzər bir təşkilat yaradılmasını təklif edib. 

Fins.az xəbər verir ki, Rusiya Hökumətinin Mətbuat xidmətindən verilən yazılı açıqlamada, Qordeyevin Almaniyaya səfər etdiyi və səfər çərçivəsində Almaniyanın Kənd təsərrüfatı və ərzaq naziri Julia Klöckner ilə görüşdüyü bildirilib.

Görüşdə Qordeyev ilə Klöcknerin qlobal taxıl bazarlarındakı prosesləri müzakirə etdikləri bildirilən açıqlamada, "Qordeyev, qlobal taxıl bazarlarında sabitlik təmin olunması və qlobal aclıqla bağlı problemlərin həlli üçün taxıl sektorunda OPEC-ə bənzər bir təşkilat yaradılmasını təklif edib",- deyilir. 

Son 5 ildə kənd təsərrüfatı sektoru təxminən 20 faiz böyüyən Rusiya, eyni zamanda, dünyanın ən böyük taxıl ixracatçısıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır