SƏNAYE

Azərbaycan TANAP-ın ümumi xərclərini 45% azaltmağa nail olub
08 OKTYABR
89

Azərbaycan TANAP-ın ümumi xərclərini 45% azaltmağa nail olub

2019-10-08 09:36:00

SOCAR TANAP-ın icrasında öz tərəfdaşları ilə birlikdə 6.5milyard dollarasərmaye yatıraraq layihənin ümumi xərclərini 45% azaltmağa nail olub.

Bu barədə hazırda Türkiyədə TANAP-ın yekunlarına həsr olunan tədbirdə TANAP-ın baş direktoru Saltuk Dönməz məlumat verib.

O bildirib ki."SOCAR TANAP-ın icrasında öz tərəfdaşları ilə birlikdə 6.5milyard dollarasərmaye yatıraraq layihənin ümumi xərclərini 45% azaltmağa nail olub".Qeyd edib ki, "Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) Azərbaycan qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP boru kəməri layihəsi də tamamlandıqdan sonra Azərbaycanın “Şahdəniz-2” layihəsi çərçivəsində çıxarılan təbii qaz TANAP və TAP kəmərləri vasitəsi ilə Avropaya nəql ediləcək, Azərbaycanın gəlirlərini artıraraq Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək Avropaya qazın nəqli üçün tamamilə hazır vəziyyətə gətirilən TANAP, tarixə eyni zamanda Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz xətti kimi düşüb. Türkiyə-Yunanistan sərhədində TANAP ilə birləşəcək TAP boru kəmərində aparılan işlər tamamlandıqdan sonra, Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına nəql olunacaq.Cənub Qaz Dəhlizi və TANAP bu gün artıq reallıqdır. SOCAR TANAP-ın icrasında öz tərəfdaşları ilə birlikdə 6.5milyard dollarasərmaye yatıraraq layihənin ümumi xərclərini 45% azaltmağa nail olub..

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır