SƏNAYE

GECF: 2050-ci ilə qədər enerji balansında qazın payı 27%-ə qədər artacaq
04 OKTYABR
89

GECF: 2050-ci ilə qədər enerji balansında qazın payı 27%-ə qədər artacaq

2019-10-04 10:31:00

Qaz İxrac Edən Ölkələr Forumu (GECF) 2030-cu ilə qədər dünyada qaza tələbatın illik 1,6-1,7% səviyyəsində artacağını gözləyir.

Fins.a xəbər verir ki, bu barədə jurnalistlərə GECF Baş katibi Yuri Sentyurin məlumat verib.

Mütləq rəqəmlərdə qaz bazarının dövriyyəsi 2018-ci ildəki 3,2 trilyon kubmetrdən 2030-cu ildə 6 trilyon kubmetrə qədər artacaq.

Dünya enerji balansında qazın payının 2050-ci ilə qədər indiki 23%-dən 27%-ə qədər artacağı gözlənilir. Eyni zamanda, artıq 20-ci illərin ortalarında qaz istehlak balansında kömürü üstələyəcək, 2050-ci ilə qədər isə enerji resurslarının istehlakı baxımından birinci sıraya çıxacaq.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır