SƏNAYE

Ağsuda nə qədər qaz sayğacı dəyişdirilib?
04 OKTYABR
92

Ağsuda nə qədər qaz sayğacı dəyişdirilib?

2019-10-04 10:09:00

Bakı şəhərində, eləcə də “Azəriqaz” İstehsalat Birliyinin Gəncə, Ağsu və Salyan Regional qaz istismarı İdarələrində (RQİİ) istismar müddətini başa vurmuş mexaniki, köhnə nəsil smart-kart tipli qaz sayğaclarının yeni müasir smart-kart tipli İtron Gallus Pay G-4 NGPP sayğaclarla əvəzlənməsi davam edir. Təkcə Ağsu RQİİ-nin xidmət sahələrində avqustun 1-dən oktyabrın biri tarixinədək 3149 sayğac yenisi ilə əvəzlənib. Qeyd edilən regional idarə üzrə bundan sonra ümumilikdə dəyişdirilməli sayğacların sayı 50 285 ədəddir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır