SƏNAYE

Azərsu ASC abunəçilər üçün şəxsi kabinet yaradacaq - AÇIQLAMA
03 OKTYABR
89

Azərsu ASC abunəçilər üçün şəxsi kabinet yaradacaq - AÇIQLAMA

2019-10-03 15:51:00

“Azərsu ASC əhaliyə təqdim etdiyi xidmətlərdən 17-ni elektronlaşdırıb. Bu xidmətlərə borcun araşdırılması üzrə müraciət, əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturanın formalaşdırılması, texniki müraciətlər, arayışların verilməsi, abunəçinin son bir ildə ödənişi ilə hesabat məlumatları və s. Daxildir.  Ən son istifadəyə verdiyimiz elektron xidmət isə xüsusi əhəmiyyət kəsb edir. Abunəçilər sayğac göstəricilərini elektron qaydada e-gov.az-a yükləyə bilirlər. Biz isə yüklənən göstəricilər əsasında abunəçiyə elektron qaydada bildiriş göndəririk”, - bunu açıqlamasında Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayılov deyib.

A.Cəbrayılov həmçinin bildirib ki, Azərsu ASC elektron xidmətlərinin sayını artıracaq: “Elektron xidmətlərinin sayının artırılması istiqamətində işlərimiz davam etdirilir. Hazırda Azərsu ASC abunəçilərin şəxsi kabinetini yaratmaq üzərində işlər aparır”.

© TED.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır