SƏNAYE

İsrail Misirə təbii qaz ixracını artırmağı planlaşdırır
02 OKTYABR
84

İsrail Misirə təbii qaz ixracını artırmağı planlaşdırır

2019-10-02 12:56:00

İsrailin ən böyük təbii qaz sahələrini işlədən şirkətlər misirli müştərisinə satışı artırmağa qərar veriblər.

Fins.az xəbər verirki, Təl-Əviv Qiymətli Kağızlar Birjasında Çərşənbə günü yer alan açıqlamaya görə, "Leviathan" və "Tamar" yataqlarının ortaqları - "Delek Group Ltd" (İsrail) və "Noble Energy Inc." (ABŞ) Misirin "Dolphinus Holdings Ltd." şirkətinə 15 il ərzində 85.3 milyard kubmetr təbii qaz satacaqlar. Bu miqdar, 2018-ci ildə razılaşdırılmış miqdardan təxminən 35 faiz çoxdur. 10 illik müqavilənin dəyəri 15 milyard dollar idi.
İsrail qazı Misirə gələn ilin əvvəlində axmağa başlayacaq və 2022-ci ilin yazına qədər mərhələli olaraq hər iki sahədə də 7 milyard kubmetr həcminə çatacaq.

Müqavilə iki ölkə arasındakı iqtisadi əlaqələri gücləndirərkən, İsrailə şərqi Aralıq Dənizdə çıxardığı təbii qaz üçün yeni bir ixrac bazarı qazandıracaq.

İngiltərənin enerji tədqiqat və məsləhət şirkəti "Wood Mackenzie"yə görə, Misirdə təbii qaza olan daxili tələbat gələcək iyirmi ildə sabit şəkildə 30 faiz həcmində artım qeyd edəcək.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır