SƏNAYE

Türkiyə Azərbaycan qazının idxalını 39% artırıb
01 OKTYABR
100

Türkiyə Azərbaycan qazının idxalını 39% artırıb

2019-10-01 16:55:00

Bu ilin yanvar-iyul aylarında Türkiyə Azərbaycandan 5,31 mlrd. kubmetr həcmində qaz idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38,6% çoxdur. Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yeri tutur.

Fins.az-ın Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinə (EPDK) istinadən verdiyi məlumata görə, Türkiyə ötən ilin yanvar-iyul aylarında Azərbaycandan 3,83 mlrd. kubmetr qaz idxal edib.

Türkiyəyə qaz idxalına görə birinci yeri Rusiya tutur ki, yanvar-iyul aylarında bu ölkədən Türkiyəyə təxminən 9,17 mlrd. kubmetr "mavi yanacaq" ixrac olunub. Üçüncü yerdə qərarlaşan İran isə hesabat dövründə Türkiyəyə 4,36 mlrd. kubmetr qaz nəql edib.

Qeyd edək ki, ötən dövr Türkiyənin qaz idxalı 22,28 mlrd. kubmetr təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır