SƏNAYE

Bu il və gələn il Azərbaycanda qaz istehlakının 10%-dən çox artacağı gözlənilir
19 SENTYABR
97

Bu il və gələn il Azərbaycanda qaz istehlakının 10%-dən çox artacağı gözlənilir

2019-09-19 16:06:00

Bu il və növbəti il ərzində Azərbaycanda qaz istehlakının 14 mlrd. kubmetri ötəcəyi gözlənilir.

Fins.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasında (YAP) keçirilən mətbuat konfransında Energetika naziri Pərviz Şahbazov bildirib.

Nazir xatırladıb ki, qaz istehlakı 2018-ci ildə 12,6 mlrd. kubmetr olub: “2019-2023-cü illərdə “Abşeron” qaz-kondensat yatağı, “Şəfəq-Asiman”, “Babək” perspektiv strukturları, “Ümid” və “Qarabağ” yataqları üzrə görüləcək tədbirlər ölkə iqtisadiyyatının gələcəkdə qazla fasiləsiz və keyfiyyətli təminatına imkan yaradır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır