SƏNAYE

Azərbaycanda metanol istehsalı 3,2 dəfə artıb
18 SENTYABR
113

Azərbaycanda metanol istehsalı 3,2 dəfə artıb

2019-09-18 17:52:00

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 277,4 min ton metanol (metil spirti) istehsal edilib.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcm ötən ilin müvafiq dövründən 3,2 dəfə çoxdur. Sentyabrın 1-i tarixinə ölkədə 22,5 min ton hazır məhsul ehtiyatı qalıb.

Qeyd edək ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir.

Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır