SƏNAYE

Aleksandr Novak: "OPEC+ neft bazarına müsbət təsir göstərir"
12 SENTYABR
67

Aleksandr Novak: "OPEC+ neft bazarına müsbət təsir göstərir"

2019-09-12 16:04:00

"OPEC+ ölkələrinin birgə atdığı addımlar dünya neft bazarına müsbət təsir göstərməkdə davam edir".

Fins.az Report-a istinadən xəbər verir ki, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak saziş üzrə Nazirlərin Monitorinq Komitəsinin (JMMC) iclasının açılışında çıxışı zamanı deyib.

"Əsas məsələ bütün ölkələrin OPEC+ sövdələşməsi üzrə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə sadiq qalmasıdır", - o bildirib.

A.Novak həmçinin söyləyib ki, Səudiyyə Ərəbistanının yeni energetika naziri Əbdül Əziz bin Salman əl-Səudun geniş sahə və həyat təcrübəsi OPEC+ üzvü olan ölkələrin qlobal neft bazarını sabitləşdirmək üçün əldə etdikləri nəticələri daha da yaxşılaşdırmağa imkan verəcək.

Qeyd edək ki, JMMC Əbu-Dabidə keçirilən iclasda neft hasilatının məhdudlaşdırılması ilə bağlı sazişin həyata keçirilməsini və bazardakı vəziyyəti müzakirə edəcək. Komitəyə Venesuela, Küveyt, Əlcəzair, Oman, Rusiya, Səudiyyə Ərəbistanın nümayəndələri daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır