SƏNAYE

OPEC Azərbaycana dair proqnozunu azaldıb
11 SENTYABR
131

OPEC Azərbaycana dair proqnozunu azaldıb

2019-09-11 17:25:00

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) bu ilin IV rübündə Azərbaycanda gündəlik neft hasilatının həcminə dair proqnozunu 20 min barel azaldaraq 790 min barelə endirib.

Fins.az bu barədə OPEC-in bu ay açıqladığı hesabata istinadən xəbər verir. 

Sənəddə deyilir kik, iyulda Azərbaycanda gündəlik neft hasilatının həcmi 10 min barel artırılaraq 800 min barelə çatdırılıb. 

Xatırladaq ki, 10 dekabr 2016-cı ildə Vyanada (Avstriya) imzalanmış sazişə görə Azərbaycan gündəlik hasilatı 35 min barel azaltmaq barədə öhdəlik götürmüşdü. 

Ötən il dekabrın 7-də OPEC+ formatında keçirilən nazirlərin V müşavirəsində gündəlik neft hasilatının həcminin 2018-ci ilin oktyabr ayına nisbətən 1,2 milyon barel azaldılması barədə razılaq əldə edilib. Bu il iyulun 1-dən bu razılığın müddəti gələn ilin I rübünün sonuna qədər uzadılıb.4

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır