SƏNAYE

"Neftin qiymətinin 80 dollara qalxması çox az ehtimaldır"
09 SENTYABR
84

"Neftin qiymətinin 80 dollara qalxması çox az ehtimaldır"

2019-09-09 13:05:00

Omanın neft və qaz naziri Məhəmməd bin Həməd ər-Rumhi neftin qiymətinin bir barel üçün 80 dollara qalxmasının olduqca az ehtimal olunduğunu, buna görə də neft istehsalçılarının daha rasional şəkildə hazırkı şəraitdə, təxminən, 60 dollar/barel qiyməti ilə yaşamalı olduğunu düşünür.

Bu barədə Ər-Rumhi TASS-a bildirib.

"Bütün istehsalçılar üçün neftin bir barelinin 60 dollar əvəzinə 80 dollar olması sərfəlidir, amma bu, rasionaldırmı? Çox güman, indiki şəraitdə yox. Mövcud iqtisadi mühitdə hərəkət etməliyik. Neftin qiymətinin 60 dollar/bareldən 80-ə yüksəlməsinə sevinərəm, amma bu, olduqca az ehtimaldır", - o deyib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır