SƏNAYE

Yanvar-avqustda Azərbaycan Ukraynaya $229 mln. məbləğində neft ixrac edib
08 SENTYABR
85

Yanvar-avqustda Azərbaycan Ukraynaya $229 mln. məbləğində neft ixrac edib

2019-09-08 18:49:00

2019-cu ilin yanvar-avqust aylarında Ukrayna neft və neft xammalı idxalını ötən ilin analoji dövrü ilə müqayisədə 7,7% - 482,155 min tonadək azaldıb.

“Hesabat dövründə Ukrayna $249,578 mln. məbləğində neft idxal edib, bu da 2018-ci ilin yanvar-avqust aylarının göstəricisindən 13,6% azdır”, - Ukrayna mətbuatı Dövlət Fiskal Xidmətinin məlumatına istinadən bildirir.

Xüsusilə, yanvar-avqust aylarında Azərbaycandan $229,234 mln. (payın 91,85%-i), ABŞ-dan - $15,049 mln. (6,03%), Qаzахıstandan – $2,596 mln. (1,04%), digər ölkələrdən - $2,699 mln. (1,08%) xammal tədarük edilib.

2019-cu ilin yanvar-avqust aylarında Ukrayna 0,103 min ton neft və $0,053 mln. məbləğində neft xammalını ixraca yönəldib. Bütün həcm iyun ayında Latviyaya tədarük olunub.

Cari ilin yanvar-avqust aylarında Ukrayna 5 mln. 381,621 min ton neft məhsulları idxal edib, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 11,1% çoxdur. $3 mlrd. 405,554 mln. məbləğində neft məhsulları idxal olunub (artım 5,4%).

Ukrayna $195,083 mln. ümumi məbləğdə (artım 21,9%) 407,173 min ton neft məhsulları ixrac edib (artım 43,6%)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır