SƏNAYE

“Azəriqaz”da iş barədə saxta məlumatlara daha 4 nəfər aldanıb
04 SENTYABR
96

“Azəriqaz”da iş barədə saxta məlumatlara daha 4 nəfər aldanıb

2019-09-04 17:14:00

Ağsu rayonunda vətəndaşlara açıq nömrələrdən zəng edilərək Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin (RQİİ) adından sürücü və çilingər işləmək üçün vakansiyaların olduğu barədə verilən saxta məlumatlara daha 4 nəfər aldanıb.

Bu barədə Fins.az-a “Azəriqaz”dan məlumat verilib.

Bildirilib ki, yenə də rayonun Kalva kənd sakinləri işə götürülmələri üçün müvafiq hesab nömrəsinə 265 manat pul köçürüblər. RQİİ-yə üz tutan həmin insanlara hüquq-mühafizə orqanlarına müraciət etmələri tövsiyə olunub. İlkin məlumata görə, İsmayıllı və Göyçay rayonlarında da vətəndaşlara belə zənglər edilir.

Bir daha xatırladırıq ki, SOCAR-da işə qəbul mərkəzləşdirilmiş qaydada baş ofisin insan resursları departamenti tərəfindən həyata keçirilir. Mövcud olan vakansiyalar barədə məlumatlar isə şirkətin rəsmi veb-səhifəsində yerləşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır