SƏNAYE

“Azəriqaz” Ağcabədidə qeyri-qanuni birləşmə aşkarlayıb
04 SENTYABR
77

“Azəriqaz” Ağcabədidə qeyri-qanuni birləşmə aşkarlayıb

2019-09-04 10:05:00

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismarı İdarəsinin (RQİİ) əməkdaşları Ağcəbədi xidmət sahəsində şadlıq evlərindən birinin başqa bir obyektin qaz xəttinə qeyri-qanuni qoşulmasını aşkarlayıb.

Bu barədə Fins.az-a “Azəriqaz”dan məlumat verilib.

Bildirilib ki, həmin obyekt kənarda zibillik ərazisində xəttin altındakı dayağın içərisi ilə boru yeridərək qanunsuz birləşmə aparıb. Daha sonra isə qazın rezin boru ilə oğurlanması ilə məşğul olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır