SƏNAYE

"Azərenerji" elektrik enerjisinin istehsalını və ixracını artırıb
03 SENTYABR
63

"Azərenerji" elektrik enerjisinin istehsalını və ixracını artırıb

2019-09-03 13:01:00

Bu ilin avqust ayında “Azərenerji” ASC 2,14 milyard kVt-s elektrik enerjisi istehsal edib ki, bu da 2018-ci ilin avqust ayı ilə müqayisədə 200 milyon kVt-s və ya 10,5 % çoxdur.

“Azərenerji”dən Fins.az-a verilən məlumata görə, ötən ilin avqust ayı ilə müqayisədə qonşu dövlətlərə elektrik enerjisinin ixracı da dəfələrlə artıb. “Reabilitasiya Proqramı” çərçivəsində elektrik stansiyalarının texniki imkanlarının müəyyən qədər artması qonşu dövlətlərə xüsusi ilə Gürcüstana müqavilə əsasında daha çox elektrik enerjisi ixrac edilməsinə şərait yaradıb.

Belə ki, 2018-ci ilin avqust ayında qonşu dövlətlərə 72,2 milyon kVt-s elektrik enerjisi ixrac edildiyi halda, bu ilin avqust ayında 166,3 milyon kVt-s elektrik enerjisi ixrac edilib. Bu da 94,1 milyon kVt-s və ya 2 dəfədən çox artım deməkdir.

Qeyd edək ki, ixrac edilən 166,3 milyon kVt-s elektrik enerjisinin 158,8 milyon kVt-s Gürcüstana ötürülüb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır