SƏNAYE

Bu ilin yarım ilində AÇG-nin əməliyyat və əsaslı məsrəfləri artıb
01 AVQUST
112

Bu ilin yarım ilində AÇG-nin əməliyyat və əsaslı məsrəfləri artıb

2019-08-01 16:53:00

Bu ilin birinci yarısında Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə fəaliyyətlərə, təqribən, 272 mln dollardan artıq əməliyyat məsrəfləri xərclənib.

Bu barədə yataqlar blokunun operatoru olan “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə yaydığı hesabata əsasən xəbər verir.

Məlumata görə, bu, 2018-ci ilin ilk yarısının göstəriciləri ilə müqayisədə 36 mln dollar və ya 15,2% çoxdur.

Bu ilin ilk yarısı yataqlar blokunun fəaliyyətlərinə, təqribən, 657 mln dollar əsaslı məsrəflər xərclənib ki, bu da 2018-ci ilin iki rübünün göstəriciləri ilə müqayisədə 105 mln dollar və ya 19% çoxdur.

Qeyd edək ki, AÇG-də iştirak paylarına BP (30,37%), SOCAR (25,0%), “Chevron” (9,57%), “İnpex” (9,31%), “Equinor” (7,27%), “ExxonMobil” (6,79%), TPAO (5,73%), “İtochu” (3,65%), ONGC Videsh Limited (OVL) (2,31%) malikdir.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır