SƏNAYE

Azərbaycan neft və bitumlu minerallardan alınan xam neft məhsullarının ixracını artırıb
16 İYUL
128

Azərbaycan neft və bitumlu minerallardan alınan xam neft məhsullarının ixracını artırıb

2019-07-16 16:01:00

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 15,83 mln. tondan artıq xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,7% çoxdur.

Fins.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən dövr ölkədən ixrac edilən qazın dəyəri 7,67 mlrd. ABŞ dollarından çox olub ki, bu da 2018-ci ilin ilk yarısı ilə müqayisədə 10,45% artım deməkdir.  

Qeyd edək ki, yanvar-iyunda neft və bitumlu minerallardan alınan xam neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 76,87% təşkil edib.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır